Nida Təhlil
"Onlar bilirdilər ki, geriyə çəkilməyəcəyik" - Ekspert
“Biz müharibə bitəndən sonra erməni tərəfinə bildirmişdik ki, siz bu bizim tərəfin qoyduğu qayda-qanunlara tabe olaraq silahlı qüvvələri oradan çıxartmalısınız. Artıq üç il keçməsinə baxmayaraq, onlar bunları eləmirlər”.
Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Tərlan Eyvazov deyib.
Ekspertin sözlərinə görə, erməni tərəfi tələblərimizi yerinə yetirməməklə yanaşı, yenidən təmas xətlərimizdə əlavə qurğular qurmağa çalışırlar, mövqelərimizi atəşə tuturlar və Azərbaycanla hər hansı bir təmasdan çəkinirlər.
“Təbii ki, heç bir dövlət ölkəsinin ortasında başqasına məxsus 10 mindən artıq silahlı qüvvənin olmasını istəməz və qəbul edə bilməz. Dəfələrlə onlara xəbərdarlıq olunub. Onlar bildilər ki, biz geriyə çəkilməyəcəyik, öz ölkəmizin, müstəqilliyimizin arxasında duracağıq. Təbii ki, bunu mülki əhali istəmir. Bunu orada olan qondarma qurum və onun ətrafında olan silahlı dəstələr istəyir".

"Azərbaycan da öz Konstitusiyasına, beynəlxalq qanunlara uyğun olaraq bu tədbirləri həyata keçirməyə məcbur oldu. Bu lokal xarakterlidir. Orada bizimlə təmas xəttində olub bizim hədəf məntəqələrimizi güllələyən, atəşə tutan həmin hərbçilər tərksilah ediləcək. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır”.
Nəzrin
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?








































