Nida Təhlil
Suverenlik məsələsində güzəştdən söhbət gedə bilməz - ŞƏRH
Azərbaycanın anti-terror tədbirlərini başlatmasının əsas səbəbi təbii ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü bəndinin icra olunmamasıdır. Yəni bu gün həmin tədbirlərin bir məqsədi var - qanunsuz erməni silahlı birləşmələrinə məxsus hərbi təyinatlı vasitələrin, legitim hərbi obyektlərin zərərsizləşdirilməsi. Mülki şəxslər və mülki obyektlər qəti şəkildə hədəfə alınmır. Əlbəttə ki, bu tədbirlər tam zamanında icra olunmağa başladı.
Bu fikirləri Publika.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva bildirib.
Z.Qarayeva qeyd edib ki, erməni separatçılarının davamlı təxribat cəhdləri Azərbaycanı anti-terror tədbirləri həyata keçirməyə vadar edib. Onlar Azərbaycanın bölgədə həyata keçirməyə çalışdığı sülh quruculuğuna töhfə vermək əvəzinə, əksinə bu prosesi daha da ləngitmək, ağrılı-acılı bir prosesə çevirmək ritorikası sərgiləyirlər. İntensiv təxribat aktları həyata keçirirlər. Beləcə, mina terroru qurbanlarının sayının artması artıq ölkəmizin səbrini daşırtdı.
Ekspert vurğulayıb ki, Azərbaycan tərəfi əmin-amanlığın tərəfdarıdır və bu gün də Ermənistana sülh əlini uzadır: "Erməni silahlı birləşmələrinə təslim olmaqları barədə çağırışlar edilir. Hal-hazırda görüş təklifimiz də var. Erməni icmasının nümayəndələri ilə Yevlaxda görüşün keçirilməsi yenidən müzakirə olunacaq".
"Bütün bunlar göstərir ki, ölkəmiz öz haqlı tələblərinin təmin olunmasında qətiyyətlidir. Suverenlik məsələsində güzəştdən söhbət gedə bilməz. Bugünkü anti-terror tədbirləri Azərbaycanın öz suveren hüquqlarında heç bir güzəştə getməyəcəyinə əyani sübutdur", - alim bildirib.
Mehti Kamiloğlu
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?








































