Nida Təhlil
Sülh müqaviləsi bu ayda imzalana bilər - ŞƏRH
Təbii ki, bu tədbirə bir ildən çox müddət ərzində istər diplomatik, istər hərbi, istərsə də informasiya baxımından ciddi hazırlıq getdi. Yəni iş çox peşəkar və düzgün şəkildə qurulmuşdu. Ona görə də, nəticə belə tez əldə olundu.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.

Politoloq qeyd edib ki, Azərbaycan ordusunun separatçılar üzərində çox qısa müddət ərzində qazandığı qələbə prosesləri kənardan seyr edənlər üçün əsl möcüzə olub:
"Baxın, Ermənistan hökuməti səsini belə çıxarmadı. Paşinyan ora-bura zəng edib, haray-həşir salsa da, ancaq hərbi cəhətdən bir addım atmağa cəsarəti çatmadı. Çünki anladı ki, nə Rusiya, nə İran, nə də Fransa onun imdadına yetmək iqtidarındadır. Azərbaycan axı bütün beynalxalq təşkilatlarda öz haqlı mövqeyini ortaya qoymuşdu. Bizim tələblərimiz beynəlxalq hüquqa tam cavab verir. Azərbaycan ərazisində nəzarətimiz altında olmadan heç bir xarici ölkənin hərbi qüvvəsi və qanunsuz hərbi birləşmələri fəaliyyət göstərə bilməz. Bu cür qanunsuzluğa başqa dövlət razı olarmı? Əlbəttə, xeyr. Hesab edirəm ki, bizim haqq işimizə burun soxmaq istəyənlərin ağızlarını yummuş olduq. Sabah BMT TŞ-nin iclasında nədən danışacaqlar?!".
Millət vəkilinə görə, Yevlaxdakı görüşdə qarşıdakı hədəflərin yol xəritəsi müəyyənləşəcək.
"İnanıram ki, ordumuzun uğurla gerçəkləşdirdiyi bu anti-terror tədbiri sülh müqaviləsi istiqamətində böyük təsirə malik olacaq. Sülhün qarşısındakı maneələr aradan qaldırılacaq. Dəmir yumruğun "anesteziya gücü"nün ilin sonunadək Paşinyanı sazişi imzalamağa məcbur edəcəyini düşünürəm", - Rasim Musabəyov gözləntilərini ifadə edib.
Mehti Kamiloğlu
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?








































