Nida Təhlil
Azərbaycanı antiterror tədbirlərinə vadar edən səbəblər kifayət qədər idi
"Azərbaycanı antiterror tədbirlərinə vadar edən səbəblər kifayət qədər idi və bu səbəblərin hər biri ermənilərlə bağlı idi. Başqa cür ifadə etsək ermənilər özləri bizi bu tədbirlərə başlamağa vadar etdilər".
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib. Onun sözlərinə görə, Ermənistanın imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlərin qalması, separatçı rejimin və Ermənistanın sülh təkliflərimizə müxtəlif bəhanələrlə yox deməsi bu tədbirləri vacib edirdi. "Polislərimizi və mülki insanlarımızı hədəfə alan mina terrorları isə səbrimizi daşıran son damla oldu.
Ordumuz tərəfindən həyata keçirilən antiterror tədbirləri öz proffesionallığı və mükəmməliyi ilə dünyanın ən aparıcı orduları üçün belə bir nümunədir. Bir gün ərzində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektlərinin yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılması, 90 düşmən mövqeyinin ələ keçirilməsi, xeyli sayda hərbi qənimtin götürülməsi onu deməyə əsas verir ki, antiterror tədbiri hər bir detalına qədər olduqca incəliklə və mükəmməl şəkildə hazırlanmışdır. Və bütün bu proses boyu hər hansı mülki əhali və infrastruktur obyektlərinə zərər verilməməsi də əməliyyatın necə yüksək peşəkarlıqla həyata keçirildiyinin bariz sübutudur".

"Nəticədə ordumuz öz hədəflərinə çatdı. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılmasından, qondarma rejimin buraxılmasından keçirdi və buna da nail olundu. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyduqlarını, döyüş mövqelərindən və hərbi postlardan çıxıraq tam şəkildə tərksilah olunacaqlarını və Azərbaycan ərazilərini tərk edəcəklərini bəyan etdilər. Tamamilə əminəm ki, bundan sonrakı mərhələdə Azərbaycan qanunları ilə yaşayacaqlarına və reinteqrasiya prossesində iştirak edəcəklərinə dair də mövqe ortaya qoyacaqlar".
Nəzrin
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?








































