Nida Təhlil
Yevlaxdakı görüşdə əsas tələb o olacaq ki... - ŞƏRH
10:47
Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidəki separatçı rejim ölkəmizin suverenliyinə qarşı çıxır, Azərbaycana reinteqrasiyadan birmənalı şəkildə imtina edirdi. Onlar Azərbaycana qarşı vaxtaşırı hərbi təxribatlar törədirdi. Odur ki, məcburiyyət qarşısında anti-terror tədbirinə start verildi. Qürurvericidir ki, ordumuz olduqca qısa müddət ərzində separatçıları məğlub etdi. Onların əsas texnikası, bazası məhv edildi. Eyni zamanda, Azərbaycan əsgərlərinin dəqiqliklə vurduğu nöqtələr düşməni tamamilə silahsız vəziyyətə saldı.
Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin üzvü, politoloq Aydın Mirzəzadə bildirib.
Millət vəkili hazırda Qarabağın erməni icmasının nümayəndələri ilə Yevlax şəhərində keçirilən görüşü də şərh edib:
"Onlar Rusiya sülhməramlıları vasitəsilə Azərbaycana müraciət edərək, təslim olduqlarını bildirdilər. Razılaşmaya əsasən, həmin ərazidən bütün qeyri-qanuni hərbi dəstələr çıxarılır. Hazırda Azərbaycan tərəfi ilə Qarabağın erməni icmasının nümayəndələri arasında görüş keçirilir. Görüşdə tələb bir olacaq: Azərbaycan qanunlarının həmin ərazidə işləməsi, o ərazidə yaşayan insanların ya Azərbaycan vətəndaşlığını qəbul etməsi və yaxud da ki, Azərbaycanı tərk etməsi. Bununla da, vaxtilə başlamış və "Dağlıq Qarabağ" problemi adlanan problemə birdəfəlik son qoyulur, Azərbaycan bütün əraziləri üzərində suveren hüquqlarını bərpa edir, Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazi də Azərbaycanın hüquq məkanına daxil olaraq Azərbaycan qanunlarının işləməsi təmin edilir. Bununla da, Azərbaycanda və regionda fundamental sülhün əsası qoyulur".
A.Mirzəzadə yekun olaraq vurğulayıb ki, Ermənistan olanlardan nəticə çxarmalı və Azərbaycanla normal qonşuluq münasibəti qurmaq üçün səy göstərməlidir.
Mehti Kamiloğlu
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?








































