Nida Təhlil
Bu, erməni xalqı üçün bir şans, yeni səhifədir
“Son əməliyyatda sülhməramlılar ədalətli və balanslı münasibət göstərdilər. Bundan sonra da qərəzsiz və obyektiv münasibət göstərməlirini gözləyirik”.
Bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
“3 ildə 2 tarixi zəfər. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanımız 19 sentyabrda 24 saat davam edən yeni qələbəyə imza atdı. Prezidentin tapşırıqlarına əsasən Qarabağda yaşayan mülki əhaliyə xüsusi diqqət göstərildi. Onların zərər görməməsi üçün addımlar ehtiyatla atıldı. Biz bunu təkcə 19 sentyabrda yox, həm də 44 günlük Vətən müharibəsində də gördük. Bu müddət ərzində Azərbaycanımızın yalnız ədalətli mövqeyini görə bilərik. Terror hadisəsindən sonra Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri bölgədə öz sözünü dedi. Rusiyalı sülhməramlılar bu tədbirlər çərçivəsində Azərbaycan Ordusunun mülki əhaliyə zərər vermədiyini görüb, bunu təqdir ediblər. Bu məsələdə heç bir etirazları da olmadı”.

Keçmiş səfir qeyd edib ki, Qarabağda yaşayan ermənilər üçün bundan sonra yeni dövrdə tarixi şans yaranıb:
“Orada yaşayan erməni xalqı üçün yeni bir şans, yeni səhifə açılır. Bu tarixi dönəmi düzgün dəyərləndirsələr onları xoşbəxt gələcək gözləyir. Qarabağda yaşayan ermənilər Azərbaycana reinteqrasiya olaraq rahat, sülh içində yaşayacaqlar. Azərbaycan çox mədəni ölkədir. Bütün etnik qruplara hörmətlə yanaşır. Əslində Azərbaycanda çoxlu erməni əsilli vətəndaşlar var onlar kimi yaşayacaqlar.
Bununla yanaşı necə ki, Azərbaycan digər rayonlarını bərpa edib, həmçinin Xankəndi, Ağdərə, Xocalı və Xocavəndi də güllük-gülüstanlığa çevirəcəkdir. Ümid edirəm ki, Yevlax danışıqları Qarabağda yaşayan ermənilərə sülh, sabitlik və inkişaf gətirəcək”.
Aysel Şahmar
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq









.jpg)













.jpg)


.jpg)











