Paşinyan Münxen görüşündən əliboş qayıdıb - Əliyevin bu tələbinə görə
Bizi izləyin

Nida Təhlil

Paşinyan Münxen görüşündən əliboş qayıdıb - Əliyevin bu tələbinə görə

Türkiyənin “Yetkin Report” saytının təsisçisi, analitik Murad Yetkin “Ərdoğandan Ermənistana: Azərbaycanla sülh fürsətini qaçırmayın” sərlövhəli məqalə dərc edib.

Publika.az xəbər verir ki, məqalədə o, Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya səfərini, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan və Azərbaycan-Ermənistan prosesi ilə bağlı bəyanatlarını təhlil edib.

O vurğulayıb ki, Ərdoğan mümkün sülh razılaşmasını dəstəkləməklə yanaşı, Türkiyənin bu prosesdə Azərbaycanla “çiyin-çiyinə” hərəkət etdiyini xüsusi vurğulayıb. Məqalə müəllifi qeyd edib ki, Münxen görüşünün nəticələri Paşinyanı qane etmir, çünki İlham Əliyev “sərhədlərin dəqiqləşdirilməsinin zəruriliyini” vurğulamaqda davam edir.

Paşinyanın vəziyyəti ağırdır

Analitik bildirib ki, Ermənistan Rusiya ilə müttəfiqlik münasibətlərini riskə atıb:

“Bir tərəfdən Rusiyanın Ukrayna müharibəsi, digər tərəfdən Qəzza böhranı və Qərb hökumətlərinin, xüsusən də ABŞ-ın diplomatiyasını İsraili dəstəkləməyə yönəltməsi İrəvanın Bakı qarşısında ümid etdiyi dəstəyi tapmamasına səbəb olur. Bundan başqa, Paşinyan administrasiyasının fevralın 1-dən Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyətlərini açıq-aşkar Vaşinqton və Parisin təkidi ilə tanıması Moskvanın reaksiyasına səbəb olub.

Bundan sonra Paşinyan fevralın 2-də Ermənistan dövlət radiosunda çıxışında deyib ki, ölkəsi “müdafiə ehtiyacları üçün artıq Rusiyaya (95 faizdən çox asılı olduğu) arxalana bilməz” və o, yeni təhlükəsizlik strukturu yaratmalıdır. Azərbaycana qarşı ABŞ, Fransa, Hindistan və Gürcüstanla birlikdə. Bundan sonra Rusiya Ermənistanın bu münasibətinin onlar arasındakı münasibətlərə daha da təsir edəcəyini bəyan etdi”.

Məqalə müəllifi xatırladır ki, İlham Əliyevlə görüşündən sonra Münxendə Almaniyadakı erməni icması qarşısında çıxış edən Paşinyan daha bir həssas məsələyə, Türkiyə ilə Azərbaycan arasında nəzərdən keçirilən Zəngəzur dəhlizinə toxunub. O, bu məsələnin Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli bəyannamədə yer almadığını bildirib.

Azərbaycan öz kartlarından istifadə edir

“Paşinyan 2024-cü il noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi oradakı nüfuzlu erməni lobbisi və diaspor qruplarının köməyinə ümid bəsləyir. ABŞ-da seçki həyəcanı keçəndən sonra belə görünür ki, Rusiya ilə müttəfiqlik münasibətlərini təhlükə altına atan Ermənistanın əli daha da zəifləyəcək.

Azərbaycan isə ilk növbədə neftindən və İrana yaxınlığından irəli gələn coğrafi üstünlüyündən yaxşı istifadə edir. Bəli, Ermənistan həm də Zəngəzur dəhlizi ilə İranla qonşudur və İranla Ermənistanın yaxın münasibətləri var, lakin ABŞ-ın bundan nə dərəcədə razı olması müzakirəyə açıqdır.

Aydın məsələdir ki, həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərinin yaxşılaşdırılması Ermənistana həm siyasi, həm də iqtisadi baxımdan xeyir verəcək. Paşinyan və tərəfdarları iradə ortaya qoyub, indiki fürsətdən istifadə etsələr, Azərbaycanla daim təmasda olan Türkiyə də öz təsirindən sülh sazişinə doğru istifadə edəcək kimi görünür”, - məqalədə vurğulanıb.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm