“Qrant qaçaqmalçığı” işində yeni faktlar: pullar ölkəyə necə gətirilib? - DETALLAR
Bizi izləyin

Nida Təhlil

“Qrant qaçaqmalçığı” işində yeni faktlar: pullar ölkəyə necə gətirilib? - DETALLAR

İfşa edilən “qrant qaçaqmalçıları” işinə daha birinin adı əlavə olunub. Aprelin 18-də “məclis.info”nun rəhbəri İmran Əliyev ölkəni tərk edərkən, daha dəqiq desək, qaçarkən hava limanında saxlanılıb. Hazırda davam edən istintaqa “qrant qaçalmalçılığı”nda İ.Əliyevin də iştirakına dair faktlar aydın olub. Görünür, İ.Əliyev günahını bildiyi üçün ölkədən qaçmağa cəhd edirmiş.

“Qrant qaçaqmalçılığı” işində “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli, “III Respublika” Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və digərləri – şəbəkənin işini həyata keçirənlər məsuliyyətə cəlb olunub. Məlum olub ki, bu şəxslər Qərb təşkilatları – ABŞ-ın USAİD və “İnternews”, Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi”, NESEHNUTİ, “People in Need” təşkilatları, həmçinin, “Beynəlxalq Fakt Yoxla Platforması”, “OCCRP” layihələri ilə əməkdaşlıq nəticəsində böyük miqdarda qrantlar əldə ediblər. Lakin bu qrantların qeydiyyatdan yayındırmaq və ölkəyə daxil etmək məqsədilə gizli yollardan istifadə ediblər, xüsusilə xarici banklardan açılan hesablar üzərindən. Məlumatlara görə, Almaniyanın “Deutsche Bank and Commerzbank”, ABŞ-ın “US Citibank”, Avstriyanın “Raiffeisen Bank International”, Çexiyanın “ UniCredit Bank Czech”, Gürcüstanın “TBK Group” bankları Azərbaycana yönləndirilən qrantların əldə edilməsi “platforması” kimi istifdə edilib. Qrantlar bu banklarda açılan hesablara köçülür və Gürcüstanda nağdlaşdırılaraq, hissə-hissə Azərbaycana keçirilib.

Bununla yanaşı, qrant vəsaitlərinin Azərbaycana keçirilməsində fərqli vasitələrdən də istifadə edilib. Misal üçün, vəsaitlər hissə-hissə Azərbaycanda müxtəlif banklarda yaradılmış cari hesablara köçürülüb. Bununla bağlı faktlar var: Belçikadakı “European Service Network” şirkəti Akif Qurbanova çatmalı olan 19381 avro məbləğində vəsaiti onun Access Bankdakı hesabına yönləndirib. Ələsgər Məmmədlinin eyni bankdakı hesabına isə başqa bir ölkədən hissə-hissə, ümumilikdə 71 min avro daxil olub. “Toplum TV”-nin redaktoru, şəbəkə üzvləri ilə birgə saxlanılmış Müşfiq Cabbarov isə xaricdən gələn 15900 avro məbləğində vəsaiti “Bank Melli İran”ın Azərbaycandakı filialında və “Premium Bank”da nağdlaşdırıb.

“Meclis.info” saytının rəhbəri İmran Əliyev də “qrant qaçaqmalçılığı”nda əsas iştirakçılardan olub. Onun fəaliyyətində qrantların gizli yolla əldə edilməsinə dair yeni detalları ortaya çıxır.

İ.Əliyev və “Abzas Media”nın rəhbəri Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı xrici ölkələrə məxsus olan “adsız ban kartları”ndan istifadə edib və bu kartlara köçürülən pulları nağdalaşdırıblar. “Adsız kartlar” Gürcüstanın TBC, Böyük Britaniyanın EML və ABŞ-nin “US Bank Reliakard” banklarına aid olub. İstintaq “adsız kartlar” üzərindən maliyyə əməliyyatlarının qəbzlərini əldə edib. Bu qəbzlərdən aydın görünür ki, 2023-cü ildə böyük məbləğdə vəsait nağdlaşdırılıb.

İstintaqın gedişində “qrant qaçaqmaçıları”nın qanunsuz fəaliyyəti ifşa edilir və istisna deyil ki, prosesin gedişində şəbəkənin digər üzvləri və fəaliyyət mexanizmi ilə bağlı daha geniş faktlar ortaya çıxacaq.

Azərbaycandakı “qrant qaçaqmalçılığı”nda Gürcüstan amili xüsusi önəm kəsb edir. Qərb təşkilatlarının ayırdığı bütün vəsaitlərin də məhz Gürcüstanda nağdlaşdırılması, yaxud bu ölkədə açılan bank hesablarına köçürülməsi təsadüfi deyil. Çünki ABŞ başda olmaqla Qərb ölkələri Gürcüstanda geniş şəbəkə qurmağı bacarıblar və bu şəbəkə üzərindən regiona ölkələrinə də təsir etməyə çalışırlar.

Bu gün Gürcüstanda baş verənlər Qərb şəbəkəsinin niyə qurulduğunu və nəyə xidmət etdiyini aydın şəkildə göstərir. Gürcüstan hökuməti “xarici agentlər” haqqında qanun layihəsini növbəti dəfə parlamentin müzakirəsinə çıxarıb. Bu qanun layihəsi Gürcüstanda vətəndaş cəmiyyəti institutlarının aldıqları qrantlarla bağlı şəffaflıq tələb edir, o cümlədən, dövlət nəzarətini artırır. Bu Qərb sərf etmir, çünki belə bir qanunun qəbul edilməsi onların şəbəkəsinin ifşa edilməsinə və təsir imkanlarının zəifləməsinə səbəb olacaq. Buna görə özlərinə bağlı şəbəkəyə məlum qanun layihəsinə etiraz etmək tapşırığı verilib. Bundan öncə “xarici agentlər” haqqında qanun layihəsi gündəmə gələndə Qərb şəbəkəsi parlament binasını mühasirəyə alaraq, hökuməti geri addım atmağa məcbur etdi. İndi də eyni məqsədlə etirazlar başlanıb. Faktiki olaraq, Qərb yaratdığı şəbəkə vasitəsilə rəsmi Tbilisinin müstəqil qərar qəbul etmək iradəsini sındırmağa çalışır.

Qərbin Gürcüstandakı şəbəkəsi təkcə bu ölkəyə yox, digər ölkələrdəki proseslərə də təsir etməyə çalışır, daha dəqiq desək, ABŞ-ın və Avropa ölkələrinin Cənubi Qafqazla bağlı planlarında koordinator formasında çıxış edirlər. Azərbaycanda “qrant qaçaqmalçılığı” ilə bağlı ortaya çıxan faktlar bunun əyani nümunəsidir.

ABŞ – Qərb Azərbaycanda da Gürcüstan nümunəsini tətbiq etməyə çalışır. İfşa edilən “qrant qaçaqmalçıları”nın əsas missiyası da budur. Onların ayrılan qrant vəsaitlərini qeyri-qanuni yollarla əldə etməsinə donor təşkilatların – ABŞ və digər Qərb ölkələrinin göz yumması, əksinə, bu məqsədlə geniş şərait yaratması təsadüfi deyil. Çünki belə qanunsuzluqlar “qrant qaçaqmalçılarını” donor təşkilatlarından asılı vəziyyətə salır və onlara istədikləri tapşırığı icra etdirə bilirlər. Misal üçün, bu gün ifşa edilən şəbəkənin üzvləri 44 günlük müharibə zamanı və daha sonra erməni maraqlarının müdafiəsi yönündə çıxışlar edib, təbliğat aparıblar. Laçın yolunda keçirilən ekofəalların aksiyasına qarşı etdikləri çıxışlarda, yaxud “ermənilər Qarabağda blokadada saxlanılır” iddiasına verdikləri dəstəkdə də bu aydın şəkildə ortaya çıxdı. Buna səbəb onlara verilən tapşırıqların qeyd-şərtsiz icrasına məcbur olmalarıdır. Bununla yanaşı, donor təşkilatların qrantların qeyri-qanuni yollarla əldə edilməsinə ona görə yox yumur ki, bu vəsaitlər ayrıldığı təyinat üzrə xərclənmir, bir çox hallarda siyasi qruplara ötürülür və Azərbaycana qarşı planlara sərf edilir.

Bu gün Gürcüstanda baş verənlər Azərbaycandakı “qrant qaçaqmalçıları”nın ifşasının milli təhlükəsizlik məsələsi olduğuna əminliyi daha da artırır və bu şəbəkənin tamamilə ifşası zərurətini ön plana çıxarır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm