Nida Təhlil
Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib
“Ermənilər işğal dövründə torpaqlarımızda, eyni zamanda hazırda Ermənistan ərazisi sayılan tarixi Azərbaycan ərazilərində xalqımıza məxsus olan maddi-mədəniyyət abidələrini tamamilə dağıdaraq yerlə-yeksan ediblər. Az sayda qalan abidələrin üzərində isə dəyişiklik edilərək, onların "qədim ermənilər"ə məxsus olduğu iddiası ortaya atılıb”.
Bunu Publika.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Boran Əziz bildirdi.
Onun sözlərinə görə, ermənilərin törətdiyi bu əməllər haqqında faktlar - çoxlu sənədlər və foto materiallar mövcuddur.
“Ermənilər təkcə maddi-mədəniyyət abidələrinə deyil, eyni zamanda məzarlıqlara qarşı da vəhşicəsinə davranmış, onları yerlə-yeksan etmişlər. Onlar məzarlıqlar üzərindəki daşları apararaq evlərində müxtəlif məqsədlər üçün istifadə ediblər. Xüsusilə də Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər, Cəbrayıl, Laçın rayonlarında olan məzarlıqlardakı əsasən mərmər daşlar ermənilər tərəfindən sökülərək aparılıb.

Qədim dövrlərdən, xüsusilə Xocalıda mövcud olan maddi-mədəniyyət abidələri həm də insanlıq tarixini öyrənmək baxımından mühüm nümunələrdir. Bu maddi-mədəniyyət nümunələri insan cəmiyyətinin inkişafını, həmçinin oradakı xalqın qədim və orta əsr dövlətləri ilə əlaqələrini göstərən çoxsaylı mədəniyyət nümunələri olmuşdur ki, onlar da dağıdılıb.
Ermənilərin bu əməli bəşəri cinayətdir. Bu baxımdan erməni faşizmi alman faşizmindən də qat-qat təhlükəli olmuşdur”.
Tarixçi vurğuladı ki, maddi-mədəniyyət abidələri məhz Azərbaycan türklərinə məxsus olduğuna görə ermənilər tərəfindən bu əməllər törədilib:

“Bu dağıntılarda məqsəd təkcə torpaqları ələ keçirmək və həmin ərazilərdə məskunlaşmaq deyildi. Onlar həmin abidələri yer üzündən silməyə çalışaraq, bu ərazilərdə ümumiyyətlə müsəlmanların və türklərin yaşamadığını sübut etməyə çalışıblar. Bu da ermənilərin müsəlman və türk xalqlarına qarşı düşmənçiliyinin nə qədər təhlükəli olduğunu sübut edir.
Onların bu vəhşiliyinə son qoyulması, təkcə Azərbaycan xalqı və müsəlmanlar tərəfindən deyil, bütün tərəqqipərvər bəşəriyyət tərəfindən qeyd olunmalıdır. Çünki belə cinayətlər kimin törətməsindən asılı olmayaraq vaxtında qarşısı alınmasa, sonrakı dövrdə daha böyük problemlərə gətirib çıxarır.
Biz ermənilərin bu hiyləgər və məkrli siyasətini heç vaxt unutmamalı, onu həm gənc nəsillərə, həm də dünya miqyasında təbliğ etməliyik”.
Müəllif: Roza Şəfiyeva
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır

















.jpg)














.jpg)




