Nida Təhlil
Seçki fiaskosu: Azərbaycanı günahlandırmaq belə Makronu xilas etmədi
Fransa Emmanuel Makronun ağır məğlubiyyətini qeyd edir. İyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə ultra sağçılar – Marin Le Penin liderlik etdiyi Milli Birlik partiyası 34,05 faiz səslə qələbə qazandı, Makronun partiyası “İntibah” isə 14,44 faiz səslə məğlub tərəfdir.
Makron məğlubiyyətdən qaçmaq üçün parlamentin aşağı palatası olan Milli Assambleyanı buraxdı və növbədənkənar seçkilər təyin etdi: birinci tur iyunun 30-da, ikinci tur iyulun 7-də keçiriləcək. Bu, hakimiyyəti qoruyub saxlamaq məqsədi daşıyır, çünki AP seçkilərində qələbə qazanan müxalifətin qarşıdakı dövrdə Fransa parlamentində də çoxluğa nail olacağı gözləntiləri artıb. Hətta proqnozlar var ki, Milli Birlik partiyasının yeni sədri 28 yaşlı Jordan Bardella ölkənin yeni baş naziri ola bilər. Bu halda Makron 2027-ci ildə keçiriləcək növbəti prezident seçkilərinə qədər postunda fiqur olaraq qalacaq. Makron Administrasiyası Milli Assambleyaya növbədənkənar seçkilərdə vəziyyətin dəyişəcəyinə ümid edir, hərçənd, bu ümidlərin puç olması ehtimalı da mövcuddur.
Fransalı jurnalist Dominik Ceym bildirir ki, Fransada 85 faizdən çox insan Makrona mənfi yox, çox mənfi münasibət bəsləyir.
“Bu seçkilərin nəticələri hər şeyi ortaya çıxardı. Prezident və onun hökuməti xalqın problemlərini həll etməkdə acizdir. Yaşayış səviyyəsi aşağı düşüb, cinayətlərin sayı artıb. Fransa xalqı hakimiyyətin həm paytaxtda, həm əyalətlərdə təhlükəsizliyi təmin edə bilməməsindən narahatdır”, - fransalı jurnalist qeyd edib.
Dominik Ceym Fransa ictimaiyyətinin Makronun davranış tərzini – narsizmini və teatral idarəetmə prinsiplərini bəyənmədiklərini vurğulayıb.
“Le Figaro” nəşri isə AP-yə seçkilərin nəticələrini “Fransada Antimakronizm əhval-ruhiyyəsi hökm sürür” fikirləri ilə şərh edib.
Makronun həyata keçirdiyi daxili və xarici siyasət Fransada makronizm olaraq qiymətləndirilir. Emmanuel Makron təkcə daxildə yox, xarici siyasətdə də ciddi səhvlərə yol verir. Bunu Fransanın Afrikada və Cənubi Qafqazda, eləcə də digər coğrafiyalarda nüfuz və təsir itkisi aydın görünür.
Cənubi Qafqaz makronizmin Fransanın xarici siyasətində ciddi problemə çevrildiyinin bariz nümunəsidir. Makron keçmiş Minsk qrupunun həmsədr ölkəsi kimi Fransanın balans mövqeyindən imtina edərək, bütün resurslarını Ermənistan uğrunda xərclədi. Bu həm də onun Fransadakı erməni diasporundan asılılığından qaynaqlanır. Murad Papazyan kimi bir daşnakın Fransa prezidentinə təsir etmək gücünə sahib olması bu ölkənin düşdüyü acınacaqlı vəziyyəti izah edir. Makronun ermənipərəst siyasəti və Azərbaycana qarşı hücumları Fransanın Cənubi Qafqazdan faktiki qovulması ilə nəticələndi. Makron Fransanı təkcə Cənubi Qafqazda yox, Afrikada da fiaskoya uğratdı. Hazırda keçmiş koloniyalar Fransanı qovmaqla məşğuldur.
Yeni Kaledoniyada baş verənlər isə Makronun nə qədər diletant siyasətçi olduğunu ispat edir. Makron 1998-ci ildə imzalanan “Numea sazişi”ndən imtina edərək, Yeni Kaledoniyada gəlmələrə səsvermə hüququ verdi və bu, yerli əhali olan kanakların etirazına səbəb oldu. Fransa prezidentinin bu gedişi daxili siyasətdə sağçıların önünə keçmək məqsədi daşıyırdı. Çünki adada fransızların yerli əhali ilə bərabər hüquqlara malik olmasını sağçılar tələb edirlər və Makron da bu tələbi yerinə yetirməklə sağçıların Le Penə gedəcək səslərini bölməyi planlaşdırırdı. Hər şey 9 iyunda keçirilən AP seçkilərinə hesablanmışdı. Bu yanlış addım adada etirazlara səbəb oldu, ardınca Makron ordunu kanakların üzərinə göndərməklə qırğınlar törtdi. Belə demək mümkünsə, hər addımında bir az daha bataqlığa batdı. Aadada gəlmələrin hüquqlarını müdafiə edən sağçılar baş verənlərə görə Makronun özünü günahlandırmağa başladılar.
Makron vəziyyətdən çıxmaq üçün “xarici güc” amilini ortaya atdı və Azərbaycanı ittiham etməyə başladı. Bununla Yeni Kaledoniyada baş verənlərə görə məsuliyyətdən yayınmağa çalışırdı. Lakin Azərbaycanı ittiham etmək belə seçkidə Makronu xilas edə bilmədi. Nəticədə sağçılar qazandılar və proqnozlar göstərir ki, qarşıdakı seçkilərdə Milli Assambleyayay keçiriləcək növbədənkənar seçkilərdə, 2026-cı ildə bələdiyyə və 2027-ci ildə prezident seçkilərində Makronun məğlubiyyəti qaçılmaz ola bilər. İctimai rəy sorğularının nəticələri də Fransa xalqının Makronu istəmədiyi yönündədir.
Asif Nərimanlı
-
Nida Xəbər 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto