Nida Təhlil
Şuşa Forumu: Azərbaycanın qlobal çağırışlar qarşısında yeni təşəbbüsləri

Azərbaycan qlobal problemlərin həllində həm dialoq mərkəzi, həm də yeni təşəbbüslərin müəllifi kimi zəngin təcrübəyə malikdir. Bu, cəbhələşən dünyada müxtəlif güc mərkəzlərinin Bakıda bir araya gəlməsi və müzakirə etməsində də, qlobal pandemiya və iqlim problemlərinin həlli üçün irəli sürülən təkliflərin effektivliyində də ortaya çıxıb.
III Şuşa Qlobal Forumu da məhz Azərbaycanın qlobal müstəvidə müzakirəsi və həll yollarının axtarış platforması kimi irəli sürdüyü əhəmiyyətli təşəbbüslərdən biridir. İndiyə qədər keçirilən iki forumda dünyanın üzləşdiyi problemlər və yeni çağırışlar müzakirə edilib, III Forumda da bu ənənə davam etdirildi. Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun müzakirə mövzusu xüsusilə əhəmiyyətli idi.
“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi”.
Rəqəmsal keçidlər müasir informasiya axınında qlobal məsələdir. Çünki ənənəvi informasiya axını daim yeni çağırışlarla üzləşir. Bunu sosial şəbəkələrin populyarlaşması və ilkin informasiya mənbəyi roluna talib olması fonunda daha aydın müşahidə etdik. Medianın dayanıqlılığını, xüsusilə etibarlı mənbə rolunu saxlaması istiqamətində qlobal müstəvidə addımlar atılıb. Bu cür tendensiyalarda bir çıxış yolu var: ənənəvi medianı müasir çağırışlara uyğunlaşdırmaq, əks təqdirdə, “sağ çıxmaq” sual altında olardı.
Süni intellekt də yeni, bir qədər də müəmmalı çağırışdır. Bizi qarşıda nəyin gözlədiyini əminliklə demək çətindir, xüsusilə süni intellektin sürətlə inkişafı informasiya müstəvisinə hansı yeniliklər gətirəcəyi, hansı risklər yaradacağı bəlli deyil. Artıq informasiya axınına süni keçidlərin şahidi olur, yayılan məlumatın süni intellektin, yoxsa redaksiyanın materialı olduğu şübhələr doğurur. Bu situasiya qarşısında çıxış yolu yenə eyni yerə çıxır: medianın dayanıqlılığını saxlamaq üçün müasir çağırışlara uyğunlaşmaq. III Şuşa Forumunun gündəliyi də məhz bundan ibarət idi. Və forumun qlobal müstəvidə əhəmiyyəti aydın görünür.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevın süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi ilə bağlı səsləndirdiyi fikirlər diqqət çəkdi.
“Bugünkü Şuşa Qlobal Media Forumu süni intellektə həsr olunub. Hər il biz ən vacib və aktual mövzuları seçməyə çalışırıq. Bu gün süni intellekt ətrafında müxtəlif müzakirələr gedir. Bu təhdiddir, yoxsa fürsət? Mən burada texnologiyalara qarşı mübarizəyə çağırmıram. Texnologiyalara, innovasiyaya və yeniliyə qarşı mübarizə Cordano Bruno və ya Kopernikin ideyalarına qarşı mübarizə ilə müqayisə edilə bilər. Başa düşürsünüz, yeni nəsillər də bizi buna görə tənqid edəcəklər. Onlar da bunu Cordano Bruno və digər mütəfəkkirlərin fikirlərinə qarşı mübarizə kimi qəbul edəcəklər - yel dəyirmanları ilə döyüş kimi. Eyni zamanda, gələcək nəsillər eyni vaxtda bizi nəzarət etmək mümkün olmayan və qeyri-müəyyənlik yaradan bir konsepsiyanın yaranmasına səbəb olduğumuz üçün qınayacaqlar. Süni intellekt, şübhəsiz ki, bir çox şeyi dəyişir. O cümlədən dini inanclarımıza və baxışlarımıza münasibətimizi. Həqiqət dəyişdi. Həqiqət doğrudan da nadir və dəyərli bir aktivdir ki, indi o da təhlükə altındadır”, - o bildirib.
Prezidentin köməkçisinin bu çıxışı müasir çağırışlar qarşısında “nə etməliyik” sualına ən konseptual cavab hesab oluna bilər.
Forumun məqsədi də məhz bu çağırışları müzakirə etmək idi. Azərbaycan qlobal informasiya problemlərinin və yeni çağırışların müzakirəsinə, həll yollarının tapılmasına imkan yaratdı. 52 ölkədən 140 qonağın - 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələri bir araya gəldi, fikir mübadiləsi apardılar və həll yollarını müzakirə etdilər. Bu, Azərbaycanın qlobal müzakirələr üçün platforma rolunu gücləndirməsi və yaranmış problemlərin həllinə, eləcə də yeni çağırışlara qarşı önləyici tədbirlərin görülməsinə verdiyi mühüm töhfədir. Eyni zamanda, Forum Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir, eləcə də qlobal müstəvidə siyasi çəkisini artırır.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.
-
İdman04:30
“Ferrari”də gərginlik artır: Hemilton görün nə tələb edir
-
Qoroskop00:15
Günün ulduz falı: Sezgiləriniz sizə bələdçi olacaq
-
ABŞ15 Oktyabr 23:07
Heqsetin təyyarəsi məcburi eniş etdi - Ön şüşəsi çatlayıb...
-
ABŞ15 Oktyabr 21:55
Uitkoff siyasətdən gedəcəyi ilə bağlı şayiələrə cavab verdi
-
Kriminal15 Oktyabr 20:48
19 yaşlı oğlan 10 manata görə qətlə yetirildi - Xırdalanda
-
İdman15 Oktyabr 19:30
“Atletik” - “Qarabağ” matçının hakimi açıqlandı
-
Nida Xəbər 15 Oktyabr 19:20
Ramil Həsənin deputatlığına xitam verildi - Yeniləndi
-
ABŞ15 Oktyabr 19:00
ABŞ-ın müharibə naziri Rusiyanı hədələdi