Nida Təhlil
Azərbaycanın qlobal nüfuzu: dünya nəhəngləri İlham Əliyevlə görüşdə maraqlıdır

Prezident İlham Əliyevin Nyu-York səfəri BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın qlobal mqüstəvidə mövqelərinin möhkəmlənməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Dövlət başçısının Nyu-Yorkda keçirdiyi görüşləri bir neçə kontekstdə dəyərləndirmək olar.
Birincisi, diplomatik münasibətlərin inkişafı və Azərbaycana olan diqqətdir;
Prezident İlham Əliyev sessiya çərçivəsində müxtəlif ölkələrin liderləri – Finlandiya, Yunanıstan, Keniya, Portuqaliya, Bolqarıstan, İraq liderləri və Avropa Şurasının baş katibi ilə təkbətək görüşlər keçirdi. Görüşlərdə ikitərəfli münasibətlər və Cənubi Qafqazda baş verənlər əsas müzakirə mövzusu olub. Ən mühüm məqam Prezident İlham Əliyevlə görüşən liderlərin Azərbaycana xüsusi maraq göstərməsi idi. Bunun konkret səbəbləri var.
1. Cənubi Qafqazın lideri olan Azərbaycan sülhün və sabitliyin əsas təşəbbüskarıdır;
2. Azərbaycan Avropa və Asiyanın birləşdirən, bütövlükdə Avrasiyada siyasi proseslərin gedişatında birbaşa iştirak edən və təsir imkanlarına malik olan ölkədir;
3. Azərbaycan lideri İlham Əliyev həyata keçirdiyi siyasətlə qlobal müstəvidə böyük nüfuz qazanıb;
Bu baxımdan, müxtəlif ölkə liderləri Prezident İlham Əliyevlə görüşməyə xüsusi maraq göstərir.
İkincisi, Azərbaycanın sülhün təşəbbüskarı olduğu dünyada qəbul edilir;
Prezident İlham Əliyevin keçirdiyi bütün görüşlərdə Azərbaycan-Ermənistan arasında avqustun 8-də Vaşinqton görüşündə əldə olunan razılaşmalara, sülh sazişinin paraflanması məsələsinə xüsusilə toxunuldu. Və əldə olunan tarixi nailiyyətdə Azərbaycanın rolu xüsusilə vurğulandı. Misal üçün, Finlandiya və Yunanıstan liderləri Azərbaycanın rolunu “tarixi nailiyyət” adlandırıb.
Bu, Cənubi Qafqazdakı sülh gündəliyində əsas təşşəbbüskarın Prezident İlham Əliyev olduğu reallığının bütün dünya tərəfindən qəbul edilməsi deməkdir. Dünya ölkələri onu da anlayırlar ki, Cənubi Qafqazın gələcəyini müəyyən edən aktor Azərbaycandır. Azərbaycan liderinə olan diqqətin əsas səbəblərindən biri də məhz budur. Hər bir ölkə Cənubi Qafqazda mövqeləri qorumağın, yaxud mövqe əldə etməyin Azərbaycanla münasibətlərdən keçdiyini qəbul edir.
Üçüncüsü, iqtisadi münasibətlər və investisiya imkanlarıdır;
Dövlət başçısı Nyu-Yorkda bir sıra mühüm şirkətlərin rəhbərləri ilə görüşlər keçirdi: “Brookfield Asset Management”, “Neuberger Berman”, “Blackstone”, “Franklin Templeton”, “Global Infrastructure Partners”;
Bu şirkətlərin hər biri trilyon dollarlıq maliyyə imkanlarına malikdir.
- “Brookfield Asset Management”: aktivlərinin ümumi dəyəri 1 trilyondur;
“Blackstone”: aktivlərin ümumi dəyəri 1 trilyon dollardan çoxdur;
- “Neuberger Berman”: aktivlərinin ümumi dəyəri yarım trilyondan çoxdur;
- “Franklin Templeton”: aktivlərinin ümumi dəyəri 1,6 trilyon dollardır;
- “Global Infrastructure Partners”: aktivlərinin ümumi dəyəri 170 milyard dollardır;
Bu şirkətlərin hər biri Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlıdır. Dövlət başçısı ilə keçirilən görüşlərdə də Azərbaycanın investisiya imkanları müzakirə edilib, əməkdaşlıqların qurulması haqda razılaşmalar əldə olunub. Bu, Azərbaycana qlobal investisiyanın gələcəyini təmin edir. Misal üçün, Xəzər Biznes Forumu və digər iqtisadi forumlarda əldə olunan 10 milyard dollarlıq investisiya müqavilələri ölkəmizin iqtisadi diversifikasiyasını gücləndirir.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı və Nyu-Yorkda keçirdiyi görüşlərlə Azərbaycana diplomatik münasibətlər, siyasi nüfuz və iqtisadi imkanlar qazandırır. Dövlət başçısının Nyu-Yorkda görüş qrafikinin sıxlığı, xüsusilə istər müxtəlif ölkələrin liderləri, istərsə dünya nəhəngi sayılan şirkətlərin rəhbərlərinin onunla görüş növbəsinə dayanması Azərbaycanın qlobal səviyyəsinin əyani nümunəsi hesab oluna bilər.
Asif Nərimanlı

-
Sosial20:36
"Plastik cərrah" məşhur aktrisanın bədəninə infeksiya saldı: "Həyatımı alt-üst edib"
-
ABŞ19:48
Ərdoğanla Tramp arasında görüş başladı
-
Sosial19:36
Sevgilisi tərəfindən qaçırılan qız: "Xahiş edirəm, azadlığa buraxın, evlənək"
-
Sosial17:50
Əli Əsədov yeni qərarlar imzaladı
-
Dünya17:14
Rusiyanın davranışı Türkiyəni hərəkətə keçirdi: Bu ölkəyə görün nə göndərib
-
Magazin115:18
Emin Ağalarovun ABŞ-dakı evi - VİDEO
-
Magazin114:12
Məşhur azərbaycanlı müğənnini bir gün morqda saxladılar - VİDEO
-
Sosial12:46
İlqar Qasımovun qanunsuz tələbi sahibkarları narazı salıb: Monopoliya yaradılır?