Nida Təhlil
Azərbaycan Qəzzaya əsgər göndərəcəkmi? - Prezident nöqtəni qoydu
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycanın Qəzzada beynəlxalq sülh missiyasında iştirak etməyəcəyini bəyan edib. Əliyev qeyd edib ki, “biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik”.
Trampın Qəzzada sülh planı tətbiq ediləndən sonra Azərbaycan bölgədə sülh missiyasını icra etməyə ən real namizədlərdən biri kimi nəzərdən keçirilirdi.
- Həm İsrail, həm Fələstinlə dost münasibətləri olan Azərbaycanın Qəzzada iştirakı ərəb dünyasının da marağındadır;
- Qəzzanın gələcəyinin qurulmasında iştirak etmək istəyən, lakin İsrailin etirazı ilə üzləşən Türkiyə Azərbaycanın bölgədə iştirakını özünün mövcudluğu baxımından alternativ variant kimi görür;
- Azərbaycanın sülhməramlı təcrübəsi də belə bir missiyanın öhdəsindən gəlmək imkanı yaradır;
Lakin rəsmi Bakının məsələyə yanaşması əvvəldən birmənalı olmayıb. Məlumatlara görə, Azərbaycanın prosesdə iştirak üçün BMT Təhlükəsizlik Şurasının Qəzzada beynəlxalq missiyanın yerləşdirilməsi ilə bağlı qərarına ehtiyac olduğunu bildirib. BMT TŞ-də belə bir qərar qəbul edilsə də, Bakının məövqeyi dəyişmədi və bunun səbəbini Əliyevin dediklərindən anlamaq mümkündür. Çünki HƏMAS və İsrail Trampın Qəzza planının birinci mərhələsini – girovların azad edildiyi atəşkəsi qəbul etsələr də, ikinci mərhələnin başlanmasında maraqlı deyil.
- HƏMAS üçün bu mərhələ tərkisilah edilmək və Qəzzanın idarəçiliyindən imtina deməkdir;
- İsrail üçün beynəlxalq missiya Qəzzaya tam nəzarət planına uyğun deyil;
Trampın Qəzza planının ikinci mərhələsinin tətbiq edilməsi faktiki olaraq dalana dərib və HƏMAS-İsrail qarşıdurması müəyyən səngimələrlə davam edir. Belə bir vəziyyətdə Azərbaycan bölgəyə sülhməramlı göndərməsi iki təhlükə vəd edir:
Birincisi, Qəzzaya sülhməramlı kimi daxil olacaq Azərbaycan əsgəri çarpaz atəş altında qalacaq;
İkincisi, Azərbaycan siyasi baxımdan həm İsrail, həm ərəb ölkələri, hətta Türkiyə arasında seçimlərlə üzləşəcək ki, bu da münasibətlərdə problemlər yaradacaq.
Bu baxımdan, Bakının sülhməramlı missiyadan imtina etməsi ən doğru qərardır. Əliyevin dediyi “ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir” sözləri isə o deməkdir ki, Bakı Qəzzaya sülhməramlı göndərmək məsələsini özü üçün rəfə qaldırır, ən azından, bölgədə real sülh imkanları yaranana qədər.
Asif Nərimanlı
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






