Nida Təhlil
ABŞ-ın İrana hücumda potensial hədəfləri - Tramp nəyi gözləyir?
ABŞ prezidenti Donald Tramp İranda etirazçıların öldürülməsinə görə müdaxilə ediləcəyinə dair bir neçə dəfə xəbərdarlıq edib. Artıq 500 nəfərdən çox insanın öldüyü haqda məlumatlar yayılsa da, ABŞ-ın gözləmə mövqeyi bir sıra səbəblərdən qaynaqlana bilər.
1. Vaşinqton hərbi müdaxilənin əks-effekt verə biləcəyindən – “xarici müdaxilə” qarşısında etirazların səngiməsindən ehtiyatlanır və prosesin tam “yetişməsini”, Trampın dediyi kimi, “kimin önə çıxacağını görmək” üçün gözləyir: etirazların ilk günlərində xarici müdaxilə rejimin “əlinə oynamaq” kimi görünürdüsə, repressiyaların güclənməsi fonunda bu mənzərə dəyişir, rejimə hərbi hücum etirazçılar tərəfindən dəstəklənə bilər;
2. ABŞ-ın İranın hərbi müdaxiləyə cavabını proqnozlaşdırmaq çətinliyi ola bilər: 12 günlük müharibəyə qədər Tehranın “qisas hücumu” ənənəvi olaraq, Vaşinqtonla razılaşdırılmış və idarəolunan formada baş verirdi. Lakin mövcud vəziyyətdə seçimi qalmayan rejim “tarana gedəcək” ki, bu da həm bölgədəki ABŞ bazalarına, həm də İsrailə risklər yarada bilər.
Lakin rejimi dəyişmək imkanının yaranması fonunda ABŞ-ın hərbi müdaxilə ssenarisini işə salacağı ehtimalı hər keçən gün artır. Mümkündür ki, Vaşinqton beynəlxalq legitimliyi tam qazanmaq üçün “qaçılmaz vəziyyətin” formalaşmasını gözləyir.
ABŞ üçün etirazçıları qorumaq və onların dəstəyini qazanmaq məqsədilə İrana mümkün hərbi müdaxilədə iki hədəf - SEPAH da daxil olmaqla etirazçılara qarşı zorakılıq törədən təhlükəsizlik qüvvələri və hərbi rəhbərlik, prioritet ola bilər.
Asif Nərimanlı
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Magazin112 Oktyabr 23:35"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Kriminal12 Oktyabr 21:00Masazırda avtomobilləri yandıran şəxslər həbs edildi
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region12 Oktyabr 16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 12 Oktyabr 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı












.jpg)

.jpg)

















