Nida Təhlil
Bakı Zəngəzur dəhlizinin Ermənistan hissəsində səhmdar ola bilər - DETALLAR
Vaşinqton və İrəvanın “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) layihəsinin icrası ilə bağlı qəbul etdiyi birgə bəyanat Azərbaycana gələcəkdə Zəngəzur dəhlizinin Ermənistan hissəsində səhmdara çevrilmək imkanı verir.
Sənədə əsasən ABŞ və Ermənistan layihənin icrası və gələcək idarəçiliyini həyata keçirmək məqsədilə “TRIPP Development Company” (TRİPP İnkişaf Şirkəti) yaradır. Şirkətin səhmlərinin 74 faizi Vaşinqtona, 26 faizi İrəvana məxsusdur. İlkin müddətdə şirkət – ABŞ 49 il müddətində dəhlizdə mövcudluq imkanı əldə edir, eyni zamanda, bu müddətin daha 50 il uzadılması (ümumilikdə 99 il) nəzərdə tutulur. Ermənistanın payı isə 49 faizə çatdırıla bilər.
Zəngəzur dəhlizinin Ermənistan hissəsində əsas payçılar Vaşinqton və İrəvan olacaq. Lakin sənəddə qeyd olunur ki, TRİPP İnkişaf Şirkətini səhmdarlarının (bura payların satışı, bağışlanması, birləşməsi, ayrılması, yenidən təşkil daxildir) və mənfəət sahiblərin dəyişdirilməsi ABŞ və Ermənistanla əvvəlcədən razılaşdırılmalıdır. Bu, digər ölkələrin (şirkətlərin), o cümlədən, Azərbaycanın önündə TRİPP-də səhmlərin müəyyən hissəsini almaq və dəhlizin Ermənistan hissəsində də birbaşa iştirakçıya çevrilmək perspektivlərini açır. İstisna deyil ki, bu, rəsmi Bakının gələcək planlarına daxildir.
Mövcud vəziyyətdə isə ABŞ və Ermənistan arasında imzalanan sənədin əhəmiyyətinə iki kontekstdə baxa bilərik.
- TRİPP – Zəngəzur dəhlizinin praktiki müstəvidə icrası rəsmiləşdi: yaxın dövrdə tikinti işlərinə start veriləcək;
- Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantı açılır: sənəddə TRİPP layihəsində Ermənistanın suveren hüquqlarının tanındığı qeyd olunsa da, Vaşinqton anlaşmasının məsdlərinin reallaşması - Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsi bir neçə dəfə vurğulanır. Nikol Paşinyan da bəyan edib ki, Ermənistan Naxçıvana maneəsiz keçidin təmin edilməsinə hazırdır.
Asif Nərimanlı
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq





































