Nida Təhlil
Müharibə cinayətkarları məhkəmə qarşısında: Azərbaycan ədaləti bərpa edir
Xəbər verdiyimiz kimi, fevralın 5-də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, həmçinin müharibə cinayətləri törətmiş Ermənistan vətəndaşlarının məhkəməsi keçiriləcək. Azərbaycan həm ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi, həm də insanlıq əleyhinə və müharibə cinayətlərini törətməkdə ittiham olunan şəxsləri ədalət mühakiməsi qarşısına çıxardı.
Mövzu ilə bağlı Publika.az-a danışan hərbi ekspert Heydər Mirzə bunun ölkəmiz üçün böyük nailiyyət olduğunu bildirdi.
Onun sözlərinə görə, bu məsələnin daha yüksək, beynəlxalq hüququ təmsil edən institutlar səviyyəsinə çıxarılması faktı müsbət nəticədir:
"Məsələnin bu müstəviyə çıxarılması böyük uğurdur. Bu, ilk növbədə mütəxəssislər üçün maraqlı olacaq və gələcəkdə aparılacaq tədqiqatlar, araşdırmalar üçün presedent rolunu oynayacaq. Bir tərəfdən cinayətlər Azərbaycanın suveren hüquqları çərçivəsində, ölkəmizin Cinayət-Prosessual Məcəlləsinə və milli qanunvericiliyinə uyğun olaraq qiymətləndirilir. Digər tərəfdən isə bu cinayətlər beynəlxalq ictimaiyyət səviyyəsində tanınır, beynəlxalq institutlar tərəfindən araşdırılır və məsul şəxslər beynəlxalq hüquq müstəvisində cavab verməli olurlar. Məsələn, Haaqa məhkəməsi və digər beynəlxalq mexanizmlər mövcuddur ki, bu tip hərbi cinayətlər üzrə artıq presedentlər formalaşıb".
Ekspert qeyd etdi ki, burada ikinci mühüm məsələ haqq-ədalətin tam təmin olunmasıdır:
"Müasir dünyada beynəlxalq hüququn mövcudluğuna baxmayaraq, haqq-ədalət ilk növbədə güc və qüdrət hesabına təmin olunur. Bu prosesin arxasında Azərbaycan dövlətinin gücü, əsgərinin və zabitinin qəhrəmanlığı dayanır. Məhz onların torpaqları işğaldan azad etməsi nəticəsində dövlətimizin qüdrəti təmin olundu və cinayətkarlar məsuliyyətə cəlb edildi. Onların bir qismi artıq Bakıda məhkəmə qarşısına çıxarılıb və qanun qarşısında cavab verib.
Məsələnin beynəlxalq ictimaiyyət səviyyəsində müzakirə olunması haqq-ədalətin yekun və tam şəkildə təmin olunmasına xidmət edir. Eyni zamanda. bu, Azərbaycan xalqının yaddaşında ədalətin təmin olunması, cinayətkarların dünya ictimaiyyəti qarşısında ifşa edilməsi deməkdir. Çünki bu, təkcə bir millətə qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Ona görə də bütün dünya bu cinayəti bilməli və ona hüquqi-siyasi qiymət verməlidir".
Heydər Mirzə əlavə etdi ki, Azərbaycan bundan sonra da, xüsusilə Xocalı soyqırımı və digər ağır cinayətlərin Avropa və dünya səviyyəli beynəlxalq hüquq institutları tərəfindən tanınması istiqamətində diplomatik səylərini davam etdirəcək.
Roza Şəfiyeva
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19 Sentyabr 19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
































.jpg)



