Nida Təhlil
Pezeşkian Nəsirzadəni niyə Əliyevin yanına göndərdi? - Detallar
İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin Azərbaycana səfəri iki kontekstdə xüsusi əhəmiyyət kəsb edir.
Birincisi, səfərin ABŞ-İran danışıqlarının başlandığı gün reallaşmasıdır.
Bu, təkcə Vaşinqtonla qarşıdurma yaşayan Tehranın regional müstəvidə təhlükəsizlik arayışından yox, eyni zamanda, Bakının mümkün vasitəçiliyindən də qaynaqlana bilər. İstisna deyil ki, ABŞ-la danışıqlar masasına əyləşən İran İsraillə də arxa fonda müəyyən təmasları qurub, yaxud qurmaq niyyətindədir. Daha öncə Rusiyanın İran-İsrail xəttində müəyyən təmaslar quduğu haqda informasiyalar yayılmışdı. Hazırda Bakının Tehran-Təl-Əviv xəttində diplomatik körpü yaratdığı ehtimalı görünür və ya İranın Azərbaycandan belə istəkləri var.
İkincisi, Əziz Nəsirzadənin Prezident İlham Əliyevlə görüşdə “Pezeşkianın göstərişi ilə səfərə gəldiyini” vurğulamasıdır.
Bu detal Bakı-Tehran xəttində iki məsələni ön plana çıxarır.
- Pezeşkian Bakı ilə təmasları sıxlaşdırmaqla İranda mühafizəkar qanadın Azərbaycanı hədəf seçməsinin qarşısına sədd çəkir. Nəsirzadənin qəbulda “Prezident Pezeşkian Azərbaycana böyük təə təəssübkeşlik nümayiş etdirir” ifadəsi bu baxımdan, maraq kəsb edir.
- Bakının Tehran-Təl-Əviv xəttində mümkün təmaslar qurması, yaxud belə bir təklif İranda Pezeşkianın komandasının təşəbbüsüdür. Mümkündür ki, ABŞ-ın hərbi müdaxiləsinin qarşısını almaq məqsədilə müxtəlif diplomatik kanallarla işləyən İran rəhbərliyində Pezeşkian Əliyev xəttindən istifadə etmək missiyasını üzərinə götürüb. Prezident İlham Əliyev Pezeşkianla telefon səhbətində “gərginliyin aradan qaldırılmasına töhfə verməy hazır olduğunu” demişdi. Bu zəngdən sonra və məhz Omanda danışıqların başlandığı gün Pezeşkianın Nəsirzadəni Bakıya göndərməsini belə oxuya bilərik.
Asif Nərimanlı
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq















.jpg)




















