Nida Təhlil
Qəzzaya qoşun göndərəcək ölkələr bəlli oldu – Azərbaycan niyə yoxdur?
Sülh Şurasının ilk iclasında Qəzzaya hərbi qüvvə göndərəcək beş ölkənin adı açıqlanıb: Qazaxıstan, İndoneziya, Mərəkeş, Kosova və Albaniya; iki ölkə - Misir və İordaniya isə polisə təlim keçməyə razılaşıb;
Qəzzaya hərbi qüvvə göndərəcək ölkələr arasında Azərbaycanın adı intensiv şəkildə hallansa da, Prezident İlham Əliyev “biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik” bəyanatı ilə məsələyə nöqtə qoymuşdu. Bölgəyə qoşun yeridəcək, yaxud təhlükəsizliyin qorunmasında bu və ya digər formada iştirak edəcək ölkələr arasında Azərbaycanın adının olmaması da rəsmi Bakının mövqeyinin dəyişmədiyini göstərir.
Qəzzadakı vəziyyət – HƏMAS və İsrail arasında qarşıdurmanın davam etməsi rəsmi Bakının imtina qərarının doğru olduğunu deməyə əsas verir. Tərəflər arasında real atəşkəs əldə olunarsa, regionda toqquşma riski tam aradan qaldırılarsa, Azərbaycan bölgəyə hərbi qüvvə göndərmək haqda düşünə bilər. Bu da “sülhə məcburetmə” əməliyyatında yox, yalnız müəyyən infrastruktur obyektlərinin mühafizəsinin təşkil edilməsi çərçivəsində mümkündür.
Asif Nərimanlı
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı






.jpg)


























.jpg)
.jpg)