Nida Təhlil
Vaşinqtonda təxribat: Həmin qüvvələr Azərbaycana qarşı sistemli fəaliyyət göstərir
Xəbər verdiyimiz kimi, ötən gün Vaşinqtonda bir neçə anti-milli ünsür Prezident İlham Əliyevin qaldığı hotelin qarşısında təxribata cəhd edib. Onlar aqressiv və təhrikedici formada dövlət başçısının qaldığı hotelə daxil olmaq istəyib. Onlar kifayət qədər qeyri-etik davranışları ilə diqqəti cəlb edərək və öz mənəviyyatlarına uyğun ifadələr işlədərək təhlükəsizlik kordonunu yarmağa və zorla hotelə daxil olmağa cəhd göstəriblər.
Bu ünsürlər həm də böyük beynəlxalq tədbirin keçirildiyi gün Vaşinqtonda ABŞ-ın təhlükəsizlik qaydalarını kobud şəkildə pozublar. Onların təxribat cəhdlərinin qarşısı ABŞ polisi və Prezidentin təhlükəsizlik xidməti tərəfindən alınıb.
Məsələ ilə bağlı Publika.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov bildirdi ki, bu təxribatçı qruplar uzun müddətdir Azərbaycana qarşı fəaliyyət göstərirlər.
.jpg)
“Son zamanlar bəlli xarici qüvvələr tərəfindən ciddi şəkildə təxribat xarakterli adımlar atılmaqdadır. Bundan əvvəl biz Brüsseldə Hüseynov qardaşlarının provokasiyasını gördük. Bu dəfə isə ABŞ-da onlar Amerikanın qanunvericiliyini kobud şəkildə pozaraq, təhlükəsizlik sərhədini keçərək, dövlət rəhbərliyinə qarşı bu addımı atdılar.
Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları və Vaşinqton polisinin gördüyü işlər nəticəsində həmin şəxslər təxribatlarının cavabını aldılar. Bu addımlar həm də onu göstərir ki, mövcud situasiyada, xaricdəki bəzi qüvvələr Azərbaycana qarşı ayrı-ayrı yox, sistemli şəkildə fəaliyyət göstərirlər. Bu, təəssüf doğurur, çünki həmin “alət” libasında məhz azərbaycanlılar çıxış edirlər. Onlar bilərəkdən şüurlu şəkildə Azərbaycan dövlətinə qarşı çıxaraq cinayət törədirlər”, - deyə o qeyd etdi.
Roza
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl


























.jpg)









