Nida Təhlil
Anti-milli qüvvələrin Vaşinqton təxribatı - Bu, ABŞ-la münasibətlərə təsir göstərə bilməz
Vaşinqtonda Azərbaycan prezidentinin qaldığı hotel qarşısında baş verən təxribat cəhdi qətiyyətlə pislənməlidir. Təxribatda iştirak edənlərin ABŞ-dakı erməni diasporu və onlara bağlı qüvvələrlə əlaqəli fəaliyyət göstərdikləri açıq-aydın ortadadır.
Bunu Publika.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib.
Onun sözlərinə görə, ABŞ-da Azərbaycanla münasibətlərin normallaşmasını istəməyən və bu prosesə qarşı çıxan müəyyən dairələr mövcuddur:
“Amerika Erməni Assambleyası, digər erməni diaspor təşkilatları, eləcə də onlarla əlaqəli siyasətçilər, konqresmenlər və senatorlar bu məsələlərdə maraqlı tərəf kimi çıxış edirlər. Məhz onların Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə cəhd göstərmələri ehtimalı böyükdür. Məqsəd Azərbaycan-ABŞ münasibətlərində son yarım ildə əldə olunmuş müsbət dinamikanın üzərinə kölgə salmaqdır.
Belə aksiyalara adətən erməni diaspor təşkilatları və onlara bağlı qüvvələr dəstək verir. Xüsusilə onların maliyyə və siyasi dəstəyi ilə fəaliyyət göstərən siyasətçilər, o cümlədən Adam Şiff və Frank Pelloni bu kontekstdə qeyd olunur”.
Politoloq qeyd etdi ki, bu kimi şəxlərin fəallığı daha çox erməni diasporundan maliyyə və siyasi dəstək əldə etmək, eləcə də onların səslərini qazanmaq məqsədi daşıyır:
“Bu il noyabr ayında ABŞ-da aralıq seçkilərin keçiriləcəyi nəzərə alınarsa, həmin siyasətçilərin yenidən qanunverici orqanda təmsil olunmaq üçün həm maliyyə, həm də siyasi baxımdan diaspor dəstəyinə ehtiyac duyduqları aydındır. Bu səbəbdən seçkilərə qədər anti-Azərbaycan ritorikasının intensivləşməsi gözlənilən haldır. Vurğulamaq lazımdır ki, Donald Tramp və administrasiyası ilə kəskin siyasi ziddiyyətlər yaşayan bu siyasətçilərin mövqeləri iki dövlət arasındakı münasibətlərə təsir göstərə bilməz”.
Roza Şəfiyeva
-
Nida Xəbər 20 Aprel 23:00Sumqayıtda işdən çıxarılan baş memarın yerinə yeni təyinat
-
Hadisə20 Aprel 22:32Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var
-
Elm və təhsil20 Aprel 21:39Azərbaycanda III ixtisas qrupu ləğv olunur?
-
Hadisə20 Aprel 20:24Kür çayı daşdı - Samuxda əkin sahələrini su basdı
-
ABŞ20 Aprel 19:00İranla razılaşma bu gün axşam imzalanacaq - Tramp
-
Nida Xəbər 20 Aprel 18:50Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - Açıqlama
-
Rəsmi xronika20 Aprel 17:28İlham Əliyev fərman imzaladı
-
Sosial20 Aprel 17:00Əli Əsədov qərar imzaladı




































