Nida Təhlil
Avropada Bakıya qarşı hibrid hücumun Rusiya izləri – Kremlin planı iflas oldu
Azərbaycana qarşı hibrid müharibənin əsas elementlərindən olan informasiya təxribatına start verilib. Birbaşa ölkə rəhbərliyinin hədəf seçildiyi infotəxribatlara daha öncə də cəhdlər edilmiş - 2017-ci ildən etibarən, Avropada fəaliyyət göstərən “söyüş müxalifəti” tərəfindən başlanılmışdı. Bütün əxlaq normalarını alt-üst edən “söyüş müxalifəti”nin missiyasını hazırda Emin və Mehman Hüseynov qardaşları davam etdirir, lakin birincilərdən fərqli olaraq, daha geniş miqyasda. Bunun iki texniki səbəbi var.
- Hüseynov qardaşları süni intelektdən və müasir texnologiyalardan geniş şəkildə istifadə etməklə dezinforasiya kampaniyası aparır;
- Onların arxasında Azərbaycana qarşı maraqları uzlaşan müxtəlif tərəflərin birləşdiyi qüvvə var.
Hüseynov qardaşlarının xarici qüvvələrə bağlı olduğu hələ 2014-cü ildə Eminin İsveçrə səfirliyində gizlənməsi və bu ölkənin rəsmiləri tərəfindən ölkədən çıxarılması zamanı isbat olunmuşdu. Ölkədən getdikdən sonra Emin Hüseynov Soros şəbəkəsi və erməni diasporunun direktivləri ilə hərəkət etdiyini gizlətmədi. Onun Avropanın müxtəlif strukturlarında Soros və erməni lobbisinə bağlı siyasətçilərin Azərbaycana qarşı qəbul edilən qərarlarında/qətnamələrində aktiv iştirakı, 2020-ci il Vətən müharibəsi zamanı ordumuzla bağlı ermənilərin xeyrinə dezinformasiyalar yayması, müharibədən sonra Qarabağdakı separatçılara dəstək məqsədilə “Rəsmi Bakı erməniləri blokadada saxlayır” tipli təbliğat aparması da belə fəaliyyətinin nümunələrindəndir. Mehman Hüseynov isə ölkədə olduğu müddətdə qardaşının tapşırıqlarına əsasən sororçular və erməni diasporunun Azərbaycana qarşı kampaniyaları üçün “arqumentlər” toplamaqla məşğul olub.
Bu kontekstdə Hüseynov qardaşlarının Azərbaycana qarşı start verdikləri informasiya təxribatının arxasında Soros şəbəkəsi və erməni diasporunun dayandığını görmək, anlamaq üçün eynəyə ehtiyac yoxdur. Emin və Mehman Hüseynov bu prosesdə yalnız icraçı olan piyadalardır. “İnformasiya təxribatı niyə indi aktivləşdirildi” sualının cavabları da bunu deməyə əsas verir.
Birincisi, Hüseynov qardaşlarının “peşkası” olduğu Soros şəbəkəsinin beynəlxalq müstəvidə çətin vəziyyətə düşməsidir;
Tampın USAİD, NED kimi təşkilatların fəaiyyətini məhdudlaşdırmasından sonra zəifləyən Soros şəbəkəsi təsir imkanlarını saxlamaq məqsədilə əks-hücumlara cəhd edir. Azərbaycanın əsas hədəf kimi seçilməsi də belə cəhdlərdən biridir və təsadüfi deyil:
- Vaşinqtonun Bakı ilə sıx münasibətləri təkcə ABŞ-Azərbaycan xəttində yox, bütövlükdə Cənubi Qafqazda Tramp Administrasiyasının mövqelərini gücləndirir;
- ABŞ-ın vasitəçiliyi ilə reallaşan Bakı-İrəvan sülh prosesi Soros şəbəkəsinin Ermənistandakı mövqelərini, xüsusilə Paşinyan hakimiyyətinə yatırdıqları “siyasi investisiya”nı sual altına salıb;
- Azərbaycan eyni zamanda, Tramp Administrasiyasının Orta dəhliz marşrutunun keçdiyi coğrafiyadakı mövqelərinin güclənməsi, Soros şəbəkəsinin dəhliz üzərindəki ölkələrdə sıxışdırılması risklərini yaradıb.
Azərbaycan bu prosesin açar ölkəsidir və rəsmi Bakının hibrid müharibə üsulları ilə hədəf seçilməsi beynəlxalq qarşıdurmanın tərkib hissəsi kimi görünür.
İkincisi, Soros şəbəkəsi ilə sinxron fəaliyyət göstərən erməni diasporu/lobbisi Bakıya qarşı hücumların benefisiarlarındandır.
Dünya erməniliyini narahat edən əsas məsələ Qarabağ münaqişəsinə son qoyulması və Azərbaycan-Ermənistan sülh proqramıdır. Çünki Qarabağın azad edilməsindən sonra bütün ideoloji planları zədələnən erməni diasporu anlayır ki, Bakı və İrəvanın yekun sülh sazişi imzalamasından sonra onların mövcudluq prinsipləri sual altına düşəcək. İndiyə qədər “böyük ermənistan” ideologiyası üzərindən hərəkət edən diaspor Qarabağın işğalını bu planda ilk “qələbə” kimi qələmə verir, erməniləri bir çətir altında toplayırdı, artıq bu perspektivlər alt-üst olub.
Hüseynov qardaşlarının aktivləşdirilməsi və heç bir əxlaq sərhədi tanımadan hücuma keçmələri bu qüvvələrin sonuncu “saman çöpündən” yapışmaq cəhdidir. Bu kontekstdə Emin Hüseynovu Azərbaycandan aparan və hazırda yaşadığı İsveçrədə baş verənlər də diqqət çəkir. 2023-cü ildə parlamentdə irəli sürülən “Swiss Peace Initiative for Nagorno-Karabakh” (“Dağlıq Qarabağ üzrə İsveçrə Sülh Təşəbbüsü”) layihəsi yenidən aktivləşdirilib. Erməni diasporu/lobbisinin təşəbbüsü olan bu layihənin yenidən dövriyyəyə daxil edilməsi, Qarabağdan könüllü şəkildə Ermənistana qayıdan ermənilərin “zorakılığa məruz qalması” iddiaları, “ermənilərin yenidən Qarabağa qayıdışı” narrativinin ortaya atılması fonunda bu ölkədə mənzillənən Hüseynov qardaşlarının apardığı təxribat kampaniyası eyni planın tərkib hissəsidir.
Burada ilk baxışda görünməyən, lakin bütün baş verənlərdə maraqlı olan bir tərəf də var: Rusiya.
Hüseynov qardaşlarının Avropada fəaliyyət göstərməsi Moskvanın prosesdə yer almasına şübhələr yarada bilər, xüsusilə Qərblə qarşıdurma fonunda. Hərçənd, detallar diqqətdən yayınmır. Və üç amil Hüseynov qardaşlarının təxribat kampaniyasında Rusiyanın da mövcudluğunu deməyə əsas verir.
a) Mediada Hüseynov qardaşlarının kampaniyasının Rusiyanın Azərbaycana qarşı hibrid hücumlarının tərkib hissəsi olduğu haqda məlumatlar yayılıb. Hətta bu cəhdin uğursuz olduğunu anlayan Moskvanın Rusiyada yaşayan tanınmış azərbaycanlı ailənin prosesə daxil edilməsi planının olduğu deyilir;
b) Mehman Hüseynovun şübhə oyandıran etirafı var. O bildirir: “Lazımi informasiyaları mənə ötürüblər. Bunun kim olduğu maraqlı deyil, istər Ramiz Mehdiyev olsun, istər Rusiya kəşfiyyatı”. Hətta iddia edir ki, bu informasiyaların alınması üçün bəzi keçmiş iş adamlarının dəstəyindən istifadə edib. Onu da etiraf edir ki, informasiyanın ötürülməsi zamanı yazışma rus dilində aparılıb. Bu etiraf diqqəti Rusiyanın üzərinə yönəldir.
c) Azərbaycana qarşı terror xarakterli informasiya təxribatının aparılmasında Rusiyanın Soros şəbəkəsi və erməni diasporu/lobbisi ilə maraqları tamamilə uzlaşır.
Regionda yaranan yeni reallıqlar, xüsusilə rəsmi Bakının həyata keçirdiyi siyasət Rusiyanın əsrlərdir davam edən Cənubi Qafqaz strategiyasını məhv edib. Proseslərin ardıcıllığına nəzər yetirdikdə də Moskvanın bölgədən tamamilə uzaqlaşması şərtlərinin yetişdiyini görəmək olur.
Qarabağ münaqişəsinin həlli və erməni separatizminin məhv edilməsi Rusiyanın Cənubi Qafqaz strategiyasında istifadə etdiyi əsas kartını sıradan çıxardı. Hərçənd, Kreml ümidlərini itirməmişdi və üç faktor üzərindən regionda mövcudluğunu qoruyacağını düşünürdü.
1. Bakı-İrəvan xəttində sülh prosesinin moderatorluğunu etmək;
2. Zəngəzur dəhlizində iştirak etmək imkanı;
3. Azərbaycan daxilindəki “beşinci kolon”un mövcudluğunu davam etdirməsi.
Lakin ötən ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar Moskva üçün “soyuq duş” effekti yaratdı.
- Azərbaycan və Ermənistan ABŞ-ın iştirakı ilə sülh sazişi parafladı: Ukrayna bataqlığına gömülmüş Moskva Vaşinqton qarşısında geri çəkilmək məcburiyyətində qaldı;
- Bakı və İrəvan Zəngəzur dəhlizini TRİPP layihəsi kimi razılaşdırdı və ABŞ dəhlizin əsas təminatçısına çevrildi;
- Ramiz Mehdiyevin çevriliş planının ifşa edilməsi ilə “beşinci kolon”un bütün resursları – hakimiyyət daxilində və siyasi müxalifətdəki uzantıları meydandan təmizləndi;
Bu mənzərə Rusiyanın Cənubi Qafqazda qurduğu 200 illik strategiyasının çöküşüdür. Moskva reallıqla barışmaq istəmir, xüsusilə AZAL-ın təyyarəsinin vurulmasından etibarən Bakıya qarşı başlanan təzyiq – kiber hücumlar, informasiya kampaniyaları, ekspert cameəsi və media üzərindən edilən təhdidlərin səbəbi də budur. Hüseynov qardaşlarının informasiya təxribatı isə bu hücumlara yeni istiqamətin əlavə edildiyi kimi görünür. Aydındır ki, Soros şəbəkəsi və erməni diasporunun təsirində olan Hüseynov qardaşlarından Rusiya da istifadə edir. Mehman Hüseynovun etirafı bütün daşları yerinə qoyur.
Lakin bütün bu cəhdlər klassik imperativ yanaşmadan başqa bir şey deyil və nə Cənubi Qafqaz əvvəlki regiondur, nə də Azərbaycan həmin ölkə. Artıq bölgədə Rusiyasız gələcəyin qurulması prosesinə start verilib. Moskva ya yeni reallıqları qəbul etməli, təxribatlardan əl çəkərək, əməkdaşlıq müstəvisində addımlar atmalıdır, ya da regiondan tamamilə kənarda qalacaq. Və bu kənarlaşma təkcə Cənubi Qafqazla məhdudlaşmayacaq, Orta dəhliz coğrafiyasında da Rusiyanı eyni nəticələr gözləyir.
Asif Nərimanlı
-
ABŞ16:52Bu ölkələrin liderləri Trampın tədbirində çırtıq çalıb oxudular - Video
-
Rəsmi xronika16:48Azərbaycanda bu qurumlar birləşdirilir - Fərman
-
Dünya16:09Real güzəştlərə hazırıq - Zelenski təslim olur?
-
İqtisadi gündəm15:24Minik avtomobillərinin ən baha olduğu ölkələr: Rusiyada 4 ildə qiymət bu qədər artıb
-
Nida Xəbər 14:24Talıbovun oğlunun həbsinə hazırlıq gedir? - Yeni detallar
-
Magazin213:54Kardaşyan izləyicilərini heyran etdi: Yenə soyundu - Fotolar
-
Magazin113:48Meyxanaçı Samirənin müğənni qızı saxlanıldı
-
Nida Təhlil 13:42Vaşinqtonda təxribat: Həmin qüvvələr Azərbaycana qarşı sistemli fəaliyyət göstərir





































