Nida Təhlil
Müharibədən öncə Prezident Xocalı ilə bağlı hansı qərarı vermək istəməyib?
Xocalı şəhərində açılışı olan Soyqırımı Memorialı layihəsi müharibədən öncə hazırlanıbmış, Bakıda qoyulması üçün yer də seçilibmiş və inşa edilməsi üçün təkcə Prezidentin qərarı lazım imiş. Amma Əliyev hər dəfə qərar verməkdən imtina edib. Bu gün Xocalı şəhərində Memorialın açlışı zamanı özü onu qərar verməkdən çəkindirənin nə olduğunu açıqlayıb.
“Məni hər dəfə nə isə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi. O da inam idi ki, gün gələcək və bu Memorial Kompleksi biz Xocalıda quracağıq və belə də oldu”.
Hərbi güc, iqtisadi potensialı, siyasi manevrlər... bütün bunlar prosesin təfərrüatlarıdır, Xocalıya, o torpaqlarıa qayıdışın təməlində dayanan yeganə amil inam oldu. Lakin etiraf edək ki, ümidimiz ölməsə də, heç birimiz Prezident qədər inamamışıq. Bizdə - bütün cəmiyyətdə tədricən zəiflədiyi halda, Əliyev inamının gücünü saxlayıb. Soyqırımı Memorialı ilə bağlı detal bunun təsdiqidir.
Və Xocalıya – Qarabağa qayıda bilməyimizdə də qərarları verən, siyasəti quran, ordunu hazırlayan Əliyevin itirmədiyi inamı həlledici rol oynadı.
Memorialın Xocalıda – qətliamın yaşandığı şəhərdə inşa edilməsi soyqırımının təbliğ edilməsi, beynəlxalq diqqətə daha çox çatdırılması imkanlarını genişləndirir, çünki işğal dövründən fərqli olaraq, bundan sonra faktlar yerində - əyani şəkildə çatdırılacaq. Bu kontekstdə gələcəkdə beynəlxalq konfransların Xocalıda keçirilməsi, Memorialın əcnəbi iştirakçıların da ziyarətgahına çevrilməsi əhəmiyyətli olardı.
Ermənistanla sülh müqaviləsi imzalansa, etimad mühiti yaradılsa, qarşılıqlı ticarət əlaqələri - həm dövlət, həm insanlar arasında, qurulsa belə, Xocalı soyqırımının təbliğ edilməsi, daha çox ölkə tərəfindən tanınması prosesi dayanmamalıdır, həmin tarixin təkərrür etməməsi, bir daha təkrarlanmaması üçün.
Asif Nərimanlı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Subaylar üçün maraqlı bir tanışlıq baş tuta bilər
-
Magazin114 İyun 20:48"O qədər xəyanət etmişəm ki..." - VİDEO
-
Dünya14 İyun 20:24Tramp və Putin bir saat nədən danışıblar? - DETALLAR
-
Art14 İyun 19:24Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA
-
Nida Xəbər 14 İyun 17:40Ukraynalı filosof: "Heydər Əliyevin xatirəsi təkcə kitablarda, abidələrdə yaşamır!”
-
Nida Xəbər 14 İyun 17:25Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər
-
İqtisadi gündəm14 İyun 16:58Qızılın qiyməti yüksəlir: Daxili bazarda son vəziyyət necədir - VİDEO
-
Magazin214 İyun 16:13Müğənnilər birləşib atı "övladlığa" götürdülər






































