Nida Təhlil
Paşinyanla Annanın ayrılığında sensasion detallar: Bu məqsəd üçün qurulan plan, yoxsa...
Nikol Paşinyanla Anna Akopyanın ayrılması Ermənistanda baş verənlər, xüsusilə seçki mübarizəsinin kəskinləşməsi fonunda diqqət çəkir. Çünki seçkilərə hazırlaşan və siyasi müxalifətlə kilsənin ittifaqı ilə üzləşən Paşinyanın ailədaxili məsələsi həm imic, həm mənəvi baxımdan onun ziyanına görünür. Bu kontekstdə Paşinyanla Akopyanın ayrılmasında şəxsi motivlər önə çıxır və belə görünür ki, cütlük şəxsi problemlərini həll edə bilmədikləri üçün ayrılmaq qərarına gəlib.
Paşinyan-Akopyan cütlüyünün şəxsi problemləri ilə bağlı məlumatlar zaman-zaman mediaya sızıb, hətta Nikol baş nazir olmadığı dövrlərdə belə. Məlumatlara görə, Paşinyan Akopyana hər zaman şübhə ilə yanaşıb, onunla rəsmi nikaha girməməsi də bununla izah edilir. Hətta Nikol həbsxanada olarkən, cütlüyün münasibətləri ayrılmaq həddinə çatıb. Ötən il Akopyanın türkiyəli aktyor Can Yamanla gizli eşq yaşadığı, Avropada bir neçə dəfə görüşdükləri iddiaları da gündəmə gəlib. Heç bir rəsmi reaksiyanın verilmədiyi bu iddialar bir neçə dəfə sosial mediada və müxtəlif informasiya resurslarında tirajlanıb. Belə düşünmək olar ki, Paşinyan-Akopyan ayrılığı şəxsi problemlərdən qaynaqlanıb. Hərçənd, cütlüklə bağlı müəyyən detallar, eləcə də yayılan informasiyalar hər şeyin bu qədər sadə olmadığı, ayrılığın konkret siyasi hədəflərə hesablandığı qənaətini gücləndirir.
Birincisi, cütlük bütün problemlərə rəğmən 30 il ərzində vətəndaş nikahında yaşayıblar, hazırda siyasi hakimiyyətin olimpində olduqları vaxt ayrılmaları məntiqə uyğun deyil;
İkincisi, seçki öncəsi Ermənistanda genişmiqyaslı korrupsiya əməliyyatlarının keçiriləcəyi gözlənilir: məlumatlara görə, əməliyyat ünvanlarından biri Akopyanın rəhbərlik etdiyim “Mənim addımım” fondudur;
İstisna deyil ki, “Mənim addımım” fonunda keçiriləcək mümkün əməliyyat zamanı rəhbər şəxslər həbs olunacaq. Görüntü yaratmaq üçün Akopyan da istintaqa cəlb oluna, daha sonra sərbəst buraxıla bilər.
“Mənim addımım” Fondunun əməliyyat ünvanlarından biri olması Paşinyanın seçki öncəsi “korrupsiyaya qarşı mübarizədə öz komandama, hətta övladlarımın anasına da güzəşt etmirəm” mesajını vermək, ictimai etimadı gücləndirmək məqsədi daşıyır. Paşinyan Akopyanla vətəndaş nikahında yaşadığı halda bunun baş verməsi qeyri-mümkündür və oxları baş nazirin özü üzərinə yönəldə bilər. Bu baxımdan, Paşinyan-Akopyan cütlüyünün ayrılığı “danışılmış döyüş”ə bənzəyir.
“Danışılmış döyüş”da Paşinyanın “təmiz baş nazir” imicini gücləndirmək də hədəflərdən biridir. Bu, Akopyanın açıqlamasından aydın görünür. Anna ayrılıq haqqında yazdığı statusunda bildirir ki, “ipoteka ilə aldığı ev hələ istifadəyə verilmədiyi üçün kirayədə yaşayacaq, mühafizəsi və maşını olmayacaq, ictimai nəqliyyatdan istifadə edəcək”. Bu, erməni ictimai rəyində Paşinyanla bağlı “ölkənin pullarını ailəsinə xərcləməyən baş nazir” obrazını yaradır. Halbuki, 2018-ci ildə hakimiyyətə gələn Paşinyanın ölkənin resurslarını şəxsi qazancına çevirdiyi, ciddi sərvət topladığı haqda kifayət qədər məlumatlar mövcuddur. Akopyanla ayrılıq və birinci xanımın “kasıb həyat tərzi” isə Paşinyana bu məlumatları arxa fona keçirmək imkanı qazandırır.
Paşinyanın Akopyanı “boşamaq”la nail olmaq istədiyi hədəflər bununla məhdudlaşmır.
1. Ermənistanın birinci şəxsinin nikaha son qoyması cəmiyyətdə ciddi rezonans doğurur və geniş müzakirələrə yol açıb. Bu, Paşinyana seçki öncəsi diqqəti real problemlərdən yayındırmaq imkanı qazandırır.
2. Seçkidə Paşinyanın “evliliyinə son qoyan, “tənha” olan, “bütün həyatını, enerjisini xalqa həsr edən lider” obrazını yaratmaq.
3. Paşinyanla bağlı qohumbazlıq ittihamlarını aradan qaldırmaq gedişi edilir. Akopyanın “Mənim addımım” fonuna rəhbərlik etməsi, eləcə də onun və Nikolun qohumlarının rəsmi və qeyri-rəsmi imtiyazlar əldə etməsi bu cür tənqidlərə səbəb olub, seçki prosesində müxalifətin bundan da istifadə edəcəyi məlumdur. Paşinyan Anna ilə ayrılaraq, belə ittihamların kəskinliyini zəiflədir, çünki Akopyan Fonda artıq birinci xanım kimi yox, hakim komandanın üzvü kimi rəhbərlik edəcək.
Detallar Nikol-Anna ayrılığına ciddi şübhələr yaradır və belə görünür ki, çətin seçki mübarizəsinə hazırlaşan Paşinyan qalib gəlmək naminə bütün kartlarını işə salıb.
Asif Nərimanlı
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





