Nida Təhlil
Sərhədimizdə dəhşətli müharibə gedir: İranda hansı ssenari baş verə bilər?
Danışıqların davam etdirilməsi razılığı fonunda İrana zərbələrin endirilməsi diqqəti diplomatik həll yollarının niyə tükəndiyinə çəkir.
Omanda başlanan danışıqlarda ABŞ maksimalist tələblərindən imtina etməsə də, İranın müzakirələri nüvə proqramı çərçivəsində məhdudlaşdırmaq istəyini qəbul etməklə diplomatik həll yollarını axtarırdı. Danışıqların davamında İranın nüvə proqramını davam etdirmək mövqeyindən geri çəkilməməsi tərəflər arasında ziddiyyətləri dərinləşdirdi. Tehranın hərbi ssenarini aktuallaşdıran mövqeyi iki səbəbdən qaynaqlandığı görünür.
- ABŞ-ın maksimalist tələblərini qəbul etmək rejimin təslim olması deməkdir: Tehran imicini qorumaq məqsədilə hətta “simvolik uran zənginləşdirilməsi” variantını da irəli sürdü;
- ABŞ-ın İrana hərbi müdaxiləsinə qarşı həm Vaşinqtonda fikir ayrılığının olması, həm region ölkələrinin qarşı çıxması Tehranın manevr imkanlarını genişləndirirdi;
Tramp Administrasiyası hücuma İsrailin başlanması ilə hərbi müdaxilə ssenarisinə qarşı maneələrdən yayına bildi və Tehranın ABŞ bazalarına zərbələr endirməsi Vaşinqtonun hərbi müdaxiləsini legitimləşdirdi.
İran müharibəsi iki mümkün ssenari üzrə inkişaf edə bilər.
Birincisi, rejim ğz mövcudluğunu saxlamaq üçün masadakı tələbləri - nüvə və raket proqramından imtina, zənginləşdirilmiş uranın çıxarılması, proksi qüvvələrə dəstəyin dayandırılması - qəbul edir.
ABŞ-ın ilkin hədəfi olan bu ssenarinin çətinlikləri var.
- Rejimin hərbi-siyasi rəhbərliyi sıradan çıxsa belə, ölkəyə faktiki nəzarət edən SEPAH-ın təslim olacağı ehtimalı azdır;
- Trampın son açıqlamaları ABŞ-ın hakimiyyətin xalqa ötürülməsi hədəfinin ön planda olduğunu deməyə əsas verir;
- İranda SEPAH-ın iştirakı olmadan post-rejim dövrünün qurulması çətindir;
Bu amillər diplomatik həll yollarını məhdudlaşdırır.
İkincisi, müharibənin regional müstəviyə keçməsidir;
Rejimin hərbi yolla devrilməsi quru əməliyyatlarını şərtləndirir, əks təqdirdə, 12 günlük müharibənin təkrarı ola bilər. ABŞ və İsrailin İrana quru əməliyyata başlaması ehtimalı azdır, ölkənin dərinliklərində rejimlə döyüşməyin çətinlikləri də nəzərə alınmalıdır. Bu halda İran daxilində rejim əleyhdarlarının silahlı üsyanı və Suriya ssenarisinin təkrarlanması baş verə bilər ki, bu da müharibəni regional müstəviyə daşıyır.
Asif Nərimanlı
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19 Sentyabr 19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19 Sentyabr 19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19 Sentyabr 19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq19 Sentyabr 18:48Ürək üçün ən faydalı üç qida

































.jpg)



