Nida Təhlil
İrana hava hücumundan sonra hansı ssenari gözlənilir? - Trampın “4 həftə” mesajı
Trampın İran müharibəsi haqda son açıqlamaları, “danışıqlara hazır olduğunu”, eyni zamanda, “hücumların 4 həftə və daha az – məqsədə çatana qədər davam edəcəyi” sözləri ABŞ-ın hədəfləri ilə bağlı fikirləri inkişaf etdirir.
Mövcud situasiyada nə Vaşinqtonda, nə Təl-Əvivdə İranın parçalanma ssenarisinin olmadığı, əsas hədəfin rejimi dəyişmək olduğu aydın görünür. Bu hədəf fonunda danışıqlar yalnız ABŞ-İsrail tələblərinin – nüvə proqramından imtina, zənginləşdirilmiş uranın çıxarılması, proksi qüvvələrə dəstəyin dayandırılması, kompleks şəkildə qəbul ediləcəyi təqdirdə mümkündür. Xameneinin ölümündən sonra rejimin bu tələbləri qəbul etməsi təslim olması deməkdir, ABŞ da İranın mövqeyinin bu və ya digər formada nəzərə alındığı danışıqlarda maraqlı deyil.
Trampın “danışıqlarla” bağlı mesajı rejim daxilində anlaşmaq istəyən qüvvələrə ünvanlanıb və danışıqlar olmasa belə, ən azı daxili qarşıdurmanı körükləmək məqsədi daşıyır. Danışıqlardan imtina edən rejimin əlini gücləndirən əsas məqam isə quru əməliyyatlarının hələ də istisna edilməsidir. Tehranda hesab edirlər ki, hücumlara bir neçə gün dözə bilsə, qurudan əməliyyat keçirə bilməyən ABŞ və İsrail onların mövqeyinin nəzərə alındığı danışıqlara razı ola bilər. İranın “tarana getmək” xarakterli hücumları – Körfəzdən Kiprə qədər uzanan coğrafiyada raketdən istifadəsi də müharibənin arealını genişləndirməklə ABŞ-ın geri çəkilməsini təmin etməyə hesablanıb.
Bu kontekstdə Trampın “hücumların 4 həftə çəkə biləcəyi” haqda dedikləri maraqlıdır. İlk mərhələdə Xamenei də daxil olmaqla hərb-siyasi elita sıradan çıxarıldı, ikinci mərhələdə hava məkanı nəzarətə götürülə, daha sonra nüvə obyektləri, ballistik raketlər, enerji və logistik infrastruktur hədəf ola bilər. Hava zərbələri hədəfə tam çatdıqdan sonra da quru əməliyyatları olmadığı təqdirdə rejimin devrilməsi ehtimalı güclənmir. Görünür, ABŞ-da müxtəlif ssenarilər də hazırlanır:
- Silahlı xalq üsyanının başlanması;
- Təhlükəsizlik qüvvələrinin bir hissəsinin xalqın tərəfinə keçməsi ehtimalı;
- Daxildə müxtəlif silahlı qrupların (kürdlər və digərləri) hərəkətə keçməsi;
- Rejim daxilində anlaşma tərəfdarı olanların radikal qanad üzərində nəzarəti ələ alması və razılaşmaya gəlməsi;
ABŞ-ın planı hələ də müəmmalı olaraq qalır, yaxud da Vaşinqton hadisələrin inkişafına uyğun hərəkət edəcək.
Asif Nərimanlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


