Nida Təhlil
İran ərəb ölkələrinə buna görə hücum edir - Sensasion DETALLAR
ABŞ-İsrail hücumuna İranın assimetrik cavabında əsas sual doğuran məqam körfəz ölkələrinə – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və digərlərinə hücum etməsi, xüsusilə mülki obyektlərin, enerji resurslarının və infrastrukturun hədəfə alınmasıdır. ABŞ hərbi bazalarının yerləşdiyi bu coğrafiyanın İranın hədəfinə çevriləcəyi məlum idi, 12 günlük müharibədə də hədəf kimi Qətərdəki baza seçilmişdi. Lakin hazırda davam edən müharibədə İran körfəz ölkələrində hərbi hədəflərlə yanaşı, mülki hədəfləri – otellər, hava və dəniz limanları, neft bazalarını da vurur.
Bunun səbəbləri arasında İranın müharibə arealını bölgəyə yaymaq və regionda ABŞ-ın başlatdığı hücumlara qarşı müxalif mövqeyi gücləndirmək istəyi var. İrandan Türkiyəyə atılan, Aralıq dənizinin şərqində olan NATO qüvvələri tərəfindən zərərsizləşdirilən ballistik raketin də hədəfi bu idi. Lakin bu, müharibənin başlamasından sonra Türkiyəyə qarşı ilk həmlədir, İranın əsas hədəf coğrafiyası isə məhz Körfəzdir. Bu ölkələrdə xüsusilə mülki infrastrukturun hədəf seçilməsi məqsədin təkcə müharibə arealını genişləndirmək olmadığı fikrini önə çıxarır və “İran niyə Körfəz ölkələrində mülki infrastrukturu vurur” sualına cavab axtarışı zərurətini yaradır.
Burada diqqətdən yayınan səbəb Körfəz ölkələrinin ABŞ-İsrail hücumlarına bu və ya digər formada dəstək verməsidir. Misal üçün, “Vaşinqton Post” Səudiyyə Ərəbistanı rəhbərliyinin İrana qarşı müharibəni gizli şəkildə dəstəklədiyini iddia edir. Beynəlxalq mediada yayılan digər iddialara görə, ABŞ-ın İran əməliyyatının bütün xərcləri ərəb ölkələrindən biri tərəfindən qarşılanır.
Bu iddialarla yanaşı, İran-İsrail xəttində raket zərbələrinin traektoriyası da real mənzərəni ortaya çıxarır. İsrail İrana hücumlarında istər raketlərin atılması, istər döyüş təyyarələrinin hərəkəti üçün hava məkanı kimi Körfəz ölkələrindən istifadə edir. İranın İsrailə atdığı raketlər və dron hücumları da eyni hava məkanında həyata keçirilir. Hücumlar zamanı Körfəz ölkələrinin hava hücumundan müdafiə sistemləri İran dronları və raketlərinin zərərsizləşdirlməsi prosesində aktiv iştirak etsə də, İsrail hücumlarına qarşı adekvat addım atılmır. Tehranda hesab edirlər ki, hava məkanını İsrail üçün açan, eyni zamanda, Təl-Əvivə doğru hərəkət edən dron və raketlərin zərərsizləşdirilməsində iştirak edən Körfəz ölkələri İrana qarşı müharibənin faktiki olaraq tərəfidir.
İran Körfəz ölkələrinə hücumları bu məntiqlə həyata keçirir.
Asif Nərimanlı
-
İnanc10:07Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın
-
Hadisə09:12Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı
-
Sağlamlıq09:0040 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq
-
Nida Xəbər 08:49Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! - Mühüm qərarın pərdəarxası
-
Magazin106:16Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı
-
Ekopublika.az05:15Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?
-
İdman04:30Qərarından peşman olmadığını açıqladı: Hər kəs bu təklifə “hə” deyərdi
-
ABŞ02:00Həftəsonu nə baş verəcək? - Trampdan anons

















.jpg)












.png)









