Nida Təhlil
Lobbi maraqları və qərəz: Bakı korrupsiya bataqlığı olan AP ilə əlaqəni kəsdi
Azərbaycan Avropa Parlamenti ilə bütün əlaqələri dayandırır. Əslində Avropa Şurası Parlament Assambleyası ilə olduğu kimi, AP ilə də təmaslar çoxdan kəsilib. Səbəb bu qurumların anti-Azərbaycan mövqeyindən əl çəkməməsidir. İndi isə AP ilə münasibətlərə rəsmi olaraq son qoyuldu. Milli Məclisin qərarına əsasən, AP ilə əməkdaşlıq əlaqələri bütün istiqamətlərdə dayandırılıb: Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştiraka son qoyulur, Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq, Milli Məclisin təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılır və prosedur dövründə parlamentin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmayacaq.
Bu qərar Avropa Parlamentinin Azərbaycana qarşı münasibətinə tam adekvat mövqe hesab oluna bilər. AP-nin anti-Azərbaycan yanaşması hər zaman ön planda olub, lakin rəsmi Bakı münasibətlərin davam etdirilməsi səylərindən imtina etməyib. Aprelin 30-da qəbul edilən qətnamə münasibətlərin davam etdirilməsi səylərinin nəticə verməyəcəyini, AP-nin Azərbaycana qarşı qərəzli mövqeyinin dəyişməyəcəyini isbat etdi. Və bir daha əminlik yarandı ki, direktivlə qərar qəbul edən AP üçün reallıqlar, həqiqətlər yox, sifarişçinin istəkləri önəmlidir.
30 aprel tarixli qətnamədə əks olunan iddialar da sifarişin məhsuludur.
Qətnamədə ermənilərin Qarabağa qayıdışı məsələsi qaldırılır. Halbuki, bu məsələ artıq tarixin arxivinə göndərilib. Azərbaycan 2023-cü ildə Qarabağda qalan ermənilərə reinteqrasiya proqramı təklif etdi və onların bərabərhüquqlu vətəndaş kimi yaşamasına şərait yaratdı. Lakin ermənilər könüllü şəkildə Ermənistana qayıtdılar. AP isə ermənilərin könüllü gedişini “zorla köçürmə” kimi təqdim etməklə nə qədər qərəzli olduğunu nümayiş etdirir.
AP Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətmiş şəxsləri – keçmiş separatçı rejimin rəhbərlərini “müharibə əsirləri” kimi təqdim edir, onların azad olunmasına çağırır. Bu, hüquqi baxımdan qəbuledilməzdir. Çünki həmin şəxslər Azərbaycan ərazisində mülki şəxslərə divan tutub, ölkənin suverenliyinə qarşı separatçı fəaliyyətlə məşğul olublar. Bu cür cinayətlər Azərbaycan qanunvericiliyi ilə cəzalandırılır, eyni zamanda, beynəlxalq hüquq da bunu dəstəkləyir. Azərbaycan müharibə dövründə saxlanılan onlarla ermənini geri qaytarmaqla humanizm nümayiş etdirib, həbs olunan separatçılar isə müharibə cinayətləri törətmiş şəxslərdir.
Qətnamədə Azərbaycan “mədəni və dini irsin məhv edilməsi” iddiası ilə ittiham olunur. Hərçənd, mədəni təmizləmə siyasəti ilə üz-üzə qalan məhz Azərbaycan olub. İşğal dövründə Azərbaycanın maddi-mədəni və dini irsi Ermənistan tərəfindən məhv edilib. Qəbiristanlıqlar dağıdılıb, ibadət yerləri təhqir olunub, şəhərlərimiz Yer üzündən silinib. Bu, Azərbaycan irsinin silinməsi aktı idi, lakin AP də daxil olmaqla, Avropa institutları bu faktları hər zaman görməzdən gəlib.
Səbəb bəllidir: AP reallıqları yox, sifarişləri icra edir.
“Erməni mədəni irsi” haqqında irəli sürülən iddialar, həmçinin, “Qarabağa qayıdış”, cinayətkarların müdafiəsi... bütün bunlar Avropa Parlamentinin erməni diasporu/lobbisinin sifarişi ilə gündəmə gətirdiyi məsələdir. Azərbaycana qarşı qondarma iddialardan ibarət qətnamənin qəbul edilməsinin arxasında konkret səbəblər dayanır.
Azərbaycanın müstəqil siyasətinin qəbul edilməməsi. AP-nin Bakıya qarşı qərəzli mövqeyində bu amil hər zaman xüsusilə seçilib.
Rəsmi Bakının milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycan regionun əsas gücünə çevrilib ki, bunu nə bölgədə maraqları olan qruplar, nə də erməni diasporu/lobbisi həzm edə bilmir. Cənubi Qafqazda maraqları olan qüvvələr Azərbaycanla hesablaşmaq məcburiyyətində qalıblar. Erməni diasporunu narahat edən məsələ Qarabağ münaqişəsinə son qoyulması, Azərbaycanın ərazi bütövlününün təmin edilməsi ilə tarix boyu istinad etdikləri saxta “qələbədən” məhrum olmaları, ərazi iddiaları üzərindən həyata keçirdikləri planlarının sıradan çıxmasıdır. Azərbaycana qarşı hücumlarda yer almaqla qazanc əldə edən erməni lobbisi – siyasətçilər, ictimai fəallar və bürokratlardan ibarət şəbəkə isə gəlir mənbələrini itirmək qorxusu ilə üzləşib. Buna görə anti-Azərbaycan şəbəkəsinin “mənzilləndiyi” Avropa Parlamenti vasitəsilə hücumlarını davam etdirməyə cəhd göstərirlər.
Prezident İlham Əliyev 2026-cı ilin yanvarında "Euronews" telekanalına müsahibəsində Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli siyasətinin səbəbini də açıqlamışdı.
“Avropa Parlamentinin Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir”, - dövlət başçısı bildirib.
Avropa Parlamentinin lobbi və qrup maraqlarına xidmət edən qurum olduğu haqqında çoxsaylı faktlar mövcuddur. Bu, Avropada fəaliyyət göstərən təşkilatların araşdırmalarında da öz əksini tapır. “Transparency International” təşkilatının 2024-cü il hesabatında qeyd olunur ki, Avropa Parlamentinin 705 deputatından üçdə ikisi Brüsselin siyasətinə təsir göstərmək məqsədilə özəl şirkətlərdən pul alır. Araşdırmada avroparlamentarilərin “sifarişlərin icrası” nəticəsində ildə 8-10 milyon avro qazandığı da öz əksini tapır. AP-nin lobbi maraqlarına xidmət etdiyi və korrupsiya bataqlığına çevrildiyi hüquq-mühafizə orqanları tərəfindən də təsdiqlənib. Belçika polisinin 2022-ci ildə keçirdiyi əməliyyat zamanı avroparlamentarilərin pul qarşılığında Qətər və Mərakeşdən rüşvət aldığı təsdiqləndi. Tarixə “Qatargeyt – 2022” kimi keçən bu hadisə AP-nin gerçək simasını ortaya çıxarır. Ən böyük qalmaqallardan biri də “Huavei lobbiçiliyi” işidir. Belçika prokurorluğunun apardığı istintaq nəticəsində AP üzvlərinin Çinin Huavei şirkətinə xeyrinə fəaliyyət göstərdiyi, qarşılığında külli miqdarda rüşvət aldığı məlum olub. Rusiya da AP üzvlərinin əsas rüşvət mənbələrindən biridir. Hətta Brüssel və Moskva arasında qlobal rəqabətə baxmayaraq, bir çox avroparlamentari pul qarşılığında Rusiyanın maraqlarını müdafiə edib.
AP-nin Azərbaycana qarşı qərarlarında da hər zaman erməni diasporu/lobbisinin direktivləri həlledici rol oynayıb. Bu qurumun anti-Azərbaycan qərarlarının əsas sponsorlarından biri kimi brilyant qaçaqmalçısı kimi tanınan Kaspar Karapetyanın adı çəkilir. Brüsseldə yaşayan Karapetyanın əsas işi almazların qaçaq yollarla Avropa bazarına çıxarılmasıdır. Erməni biznesmen Rusiyaya qarşı almaz biznesi ilə bağlı mövcud olan sanksiyaları “dəlir”, almazları bu ölkədən Belçikaya gətirir və orada cilalanaraq, satılır. Karapetyan almaz qaçaqmalçılığını Ermənistandan da həyata keçirir. O, qaçaq yollarla qurduğu brilyant biznesini qorumaq üçün avropalı siyasətçiləri pulla ələ alıb. Avropa Parlamenti onun korrupsiyaya bulaşdırdığı əsas strukturlardan biridir. Karapetyan rüşvətlə ələ aldığı avroparlamentarilər qarşısında erməni maraqlarının müdafiəsi tələbini də qoyur. AP-nin İkinci Qarabağ müharibəsindən sonra qəbul etdiyi qətnamələr də məhz erməni sponsorların sifarişləri olub.
AP müharibədən sonra Azərbaycan əleyhinə 10-dan çox qətnamə qəbul edib. 2021–2022-ci illərdə qəbul edilmiş qətnamələr müharibədən sonrakı vəziyyətə və “mədəni irsin” qorunmasına, 2023-cü ildəki qətnamə sentyabr ayında suverenliyimizin bərpası məqsədilə keçirilən antiterror əməliyyatına, 2024–2025-ci illərdə isə “insan hüquqları” və COP29 məsələlərinə həsr edilib.
Azərbaycana qarşı qərəzli fəaliyyət bu gün də davam edir. 30 aprel tarixli qətnamə AP-nin gerçək simasını çılpaqlığı ilə ortaya qoydu və Azərbaycan adekvat yanaşma sərgiləyərək, bu qurumla münasibətlərə rəsmi şəkildə son qoydu. Lobbi maraqlarının əsirinə çevrilmiş AP ilə münasibətləri saxlamağın heç bir mənası yoxdur.
Asif Nərimanlı
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu
-
Sosial13:32Prezidentin təltif etdiyi Fərəcov kimdir? - DOSYE
-
Sosial12:52Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıldı
-
Hadisə12:38İrəvanda ermənisayaq zarafat: Zebra bildilər, eşşək çıxdı - VİDEO




























.png)

.jpg)






