Nida Təhlil
WUF13-ün nəticələri: Azərbaycan qlobal urbanizasiyada qalıcı irs yaratdı
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) qlobal urbanizasiya problemlərinin müzakirəsi və həll yollarının tapılması baxımından tarixi hadisə kimi yadda qaldı. İlk diqqətçəkən məqam Forumda iştirakçı sayının rekord həddə olması idi: 176 ölkədən 57000-dən çox iştirakçı; Bu, Ümumdünya Şəhərsalma Forumunun bu günədək keçirilmiş ən genişmiqyaslı sessiyası oldu. İştirakçı sayının bu qədər çox olmasında iki amil xüsusilə əhəmiyyətlidir.
Birincisi, ölkələrin şəhərsalma məsələsinə xüsusi diqqət ayırmasıdır. Urbanizasiya problemi hazırda əksər ölkə üçün aktualdır, xüsusilə əhali sayının artması, ekoloji çağırışların meydana gəlməsi şəhərsalma prosesində yeni tendensiyalar yaradıb. Bu baxımdan, şəhərsalma məsələsi ilə bağlı müzakirələr, qurulan dialoqlar və təcrübə mübadiləsi diqqət mərkəzindədir.
İkincisi, Forumun məhz Azərbaycanda keçirilməsi idi. Bakı beynəlxalq müstəvidə artıq qlobal dialoq məkanı kimi tanınır. İndiyə qədər müxtəlif qlobal məsələlərin məhz Bakıda müzakirə edilməsi, xüsusilə bu müzakirələrdə böyük ölçüdə həll yollarının tapılması beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Sonuncu dəfə Bakıda keçirilən COP29 tədbiri belə nümunələrdəndir. COP tarixində uzun illər həllini tapmayan məsələlər Bakıdakı müzakirələrdə həll olundu. Bu kimi amillər ölkəmizin nüfuzunu artırmaqla yanaşı, qlobal problemlərin həllində maraqlı tərəfləri üçün də cəlbedicidir. WUF13 COP29-dan sonra Azərbaycanda təşkil olunmuş ikinci ən böyük beynəlxalq tədbir olmaqla yanaşı, aparılan müzakirələr və həll yollarının tapılması baxımından Ümumdünya Şəhərsalma Forumunun da tarixinə düşdü.
WUF13-də qəbul edilən qərarlar və yekun nəticələr Azərbaycanın təkcə Foruma yüksək səviyyədə ev sahibliyi etmədiyini, eyni zamanda, qlobal urbanizasiya siyasətinə mühüm töhfə verdiyini təsdiq edir.
Forum çərçivəsində keçirilən Liderlərin Bəyanatları Sessiyası əsas məqamlardan biri oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Liderlərin Bəyanatları Sessiyası Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə olaraq WUF13 çərçivəsində baş tuturdu. Mayın 18-də təşkil edilmiş bu seqmentdə 27 dövlət və hökumət başçısı, yüksək səviyyəli qonaq və beynəlxalq təşkilatların rəhbərləri iştirak etdi. Liderlər çıxışlarında Azərbaycana yüksək qonaqpərvərliyə, səmərəli beynəlxalq dialoq üçün yaradılmış şəraitə və WUF13-ün uğurlu təşkilinə görə minnətdarlıq ifadə etdi.
Liderlərin Bəyanatları Sessiyasının təşkili iki kontekstdə diqqət çəkir.
Birincisi, Azərbaycanın strateji dialoq, beynəlxalq əməkdaşlıq və qlobal təşəbbüslərin təşviqi üçün mühüm beynəlxalq platforma kimi artan rolunu bir daha nümayiş etdirdi: bu, ölkəmizin strateji əhəmiyyətli məsələlər ətrafında beynəlxalq ictimaiyyəti bir araya gətirmək və yeni dialoq platformaları formalaşdırmaq qabiliyyətinin göstəricisidir;
İkincisi, WUF13-ün siyasi əhəmiyyətini daha da artırdı, çünki Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə keçirilən sessiyada liderlər qlobal urbanizasiya problemlərinin həlli ilə bağlı siyasi iradə sərgilədilər və bu, gələcək forumlar üçün presedent yaratdı.
WUF13 çərçivəsində mayın 17-də Azərbaycanın sədrliyi ilə keçirilmiş Nazirlər görüşündə 70-dək ölkəni təmsil edən nazir və nazir müavini iştirak etdi. Görüşün sonunda qəbul edilmiş “Sədrin xülasəsi” sənədində aşağıdakı vacib məqamlar yer aldı:
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən liderliyi vurğulandı.
- 176 ölkədən 57000-dən çox iştirakçısı olan WUF13-ün Ümumdünya Şəhərsalma Forumunun ən böyük sessiyası olduğu qeyd edildi.
- Azərbaycan Hökumətinə və xalqına qonaqpərvərliyə və WUF13-ün uğurlu təşkilinə görə minnətdarlıq ifadə edildi.
- WUF13-ün hazırlıqlarında təqdim olunan innovativ yanaşmalar, o cümlədən ilk Liderlərin Bəyanatları Sessiyası və Azərbaycan ilə UN-Habitatın Ümumdünya Şəhərsalma Forumunun növbəti sessiyaların təşkili üçün əməliyyat təlimatlarına dair əməkdaşlıq niyyəti alqışlanır.
- Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma sahəsində gördüyü işlər yüksək qiymətləndirildi, onun oxşar şəraitlər üçün faydalı ola biləcəyi vurğulandı, bu istiqamətdə aparılan fəaliyyətlə bağlı Azərbaycanla həmrəylik ifadə edildi.
- Milli şəhərsalma forumları qabaqcıl təcrübələrin mübadiləsi və tərəfdaşlıqların möhkəmləndirilməsi üçün vacib platforma kimi qiymətləndirildi ki, bu da Azərbaycanın milli şəhərsalma forumlarının keçirilməsi təşəbbüsünün nə qədər aktual və əhəmiyyətli olduğunu bir daha göstərir.
Nazirlər görüşünün “Sədrin xülasəsi” sənədi Forumun yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış” sənədinə və BMT-nin “Yeni Şəhər Gündəliyi”nin icrası ilə bağlı aralıq icmal prosesinə töhfə verəcəkdir.
Beləliklə, Azərbaycan WUF13-ün gündəliyinə mühüm töhfəsi ilə qalıcı irs yaratdı ki, bu da qlobal şəhərsalma məsələsində istinad nöqtəsi olacaq. Ən vacib məqamlardan biri Azərbaycanın şəhərsalma təcrübəsini paylaşması oldu.
Azərbaycanın nümunəvi təcrübəsi dünyanın diqqət mərkəzindədir: müasir şəhərsalma zamanı zəngin və qədimi arxitektura ənənələrinin qorunması, işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın öz maliyyə və insan resurslarına genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, urbisidə, ekosidə və kultursidə məruz qalmış 9 şəhər və 100-dən artıq kəndin yenidən inşa edilməsi, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi məqsədilə “Böyük Qayıdış” Proqramının icrası, bərpa və quruculuq işlərinin aparılması zamanı ətraf mühitin qorunmasına diqqətin yetirilməsi, dayanıqlı infrastrukturun qurulması, “ağıllı” şəhər və “ağıllı” kənd konsepsiyalarının tətbiqi.
Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Yeni şəhər gündəliyində həyat nəfəsi: Davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” mövzusunda yüksəksəviyyəli forum təşkil olundu. Tədbirin yekununda qəbul edilmiş “Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı” adlı kommünikedə təmiz hava məsələsinin Ümumdünya Şəhərsalma Forumunun gələcək sessiyalarının gündəliyində daimi mövzu kimi təsbit olunmasına çağırış edildi.
Əsas yeniliklərdən biri də Azərbaycanın təşəbbüsü ilə Bakı Şəhər Mükafatının təsis olunması idi ki, bu, həm də ölkəmizin qlobal şəhərsalma gündəliyinin təşviqinə sadiqliyinin növbəti təzahürüdür.
WUF13-ün təşkilində tətbiq olunmuş innovativ yanaşmalar təqdirlə qarşılandı. Ümumdünya Şəhərsalma Forumunun gələcəkdə keçiriləcək sessiyalarına ev sahibliyi üzrə WUF13 Bakı standartlarına əsasən əməliyyat təlimatının birgə hazırlanması istiqamətində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı arasında imzalanmış Niyyət Məktubu Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili sahəsində qabaqcıl təcrübə formalaşdıran ölkə olduğunu bir daha nümayiş etdirdi.
WUF13-ün Bakıda keçirilməsi və Forum zamanı qlobal şəhərsalma məsələləri ilə bağlı yeni təşəbbüslərin irəli sürülməsi Prezident İlham Əliyevin uzaqgörən liderliyini bir daha ön plana çıxarır. Prezident İlham Əliyevin bu siyasəti nəticəsində ilk növbədə Azərbaycanın qlobal nüfuzunu güclənir, digər tərəfdən, ölkəmizin qlobal urbanizasiya siyasətinin formalaşmasında rolu artır. Və ən mühüm məqam odur ki, Azərbaycan qlobal problemlərin həllinə mühüm töhfə verir.
Asif Nərimanlı
-
Elm və təhsil18:40DİM qərar verdi: Mayın 17-də imtahan verənlərin nəzərinə!
-
Sosial16:26Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam!
-
Dünya15:51Kılıçdaroğluya 2 milyonluq zərbə: Sədr olan kimi...
-
Dünya14:50Cümhuriyyət Xalq Partiyası parçalanır - CHP-nin yerinə yeni partiya yaradılır
-
Region14:02Ərdoğan imzaladı: Türkiyədə məşhur universitet bağlandı
-
Nida Xəbər 12:41Əli Əsədov qərar imzaladı
-
Nida Təhlil 12:35Qarabağ təcrübəsi beynəlxalq urbanizasiya üçün nümunədir
-
Dünya11:50Tramp oğlunun toyuna gedəcək? - Getsəm də tənqid olunacağam, getməsəm də







































