Nida Təhlil
Prezidentin Zəngilandan verdiyi mesajın hədəfi: Hansı qüvvələrə yönəlib?
Son dövrlərdə Emmanuel Makronun açıqlamaları və ümumilikdə Avropa Birliyinin Cənubi Qafqaz siyasəti regionda yeni gərginlik fonu yaradır. Xüsusilə Fransa başda olmaqla bəzi Qərb mərkəzlərinin Azərbaycanın suverenlik məsələlərinə yanaşması və regiondakı proseslərə müdaxilə cəhdləri Bakıda narahatlıqla qarşılanır. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilanda səsləndirdiyi mesajlar həm siyasi, həm də diplomatik baxımdan ciddi reaksiya doğurub.
Mövzu ilə bağlı Publika.az-a açıqlama verən Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə maraqlı faktlara toxundu.
Aydın Mirzəzadə qeyd etdi ki, “cənab Prezidentin Zəngilandakı çıxışları Azərbaycanın milli maraqlarına söykənən, Azərbaycanın təhlükəsizliyini və suverenliyini qoruyan mesajlar idi”.
O vurğuladı ki, hər bir dövlət onun maraqlarına cavab verən məsələləri hər zaman qorumaq hüququna malikdir.

Deputat əlavə etdi ki, Azərbaycanın uzun illər ərzində ərazi bütövlüyünün pozulmasına baxmayaraq, bəzi güclü dövlətlər bu məsələyə laqeyd yanaşıb: “Dünyanın müəyyən bir hissəsi, o cümlədən güclü aparıcı dövlətlər də var idi ki, bizim ərazi bütövlüyümüzün təmin edilməsinə soyuq yanaşırdılar”.
O bildirdi ki, Ermənistanın işğal siyasətinə qarşı kifayət qədər təzyiq göstərilmirdi: “Ermənistana təzyiq göstərilmirdi, hətta açıq-aşkar ona dəstək verən ölkələr də var idi”.
Mirzəzadə qeyd etdi ki, bütün bu proseslərə baxmayaraq Azərbaycan öz problemini özü həll edib: “Azərbaycan qlobal bir problemi özü öz gücünə həll etdi və bu gün dünya Azərbaycanın suverenliyini qəbul edir”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin mesajları hələ də Azərbaycanın reallığını qəbul etmək istəməyən ünvanlara yönəlib: “Hələ də Azərbaycanın müstəqilliyini tam qəbul edə bilməyən qüvvələr var, hələ də ölkəmizi təsir altında saxlamaq üçün cəhdlər edilir”.
Deputat sonda vurğuladı ki, Prezidentin çıxışı həmin cəhdlərin nəticəsiz olduğunu göstərir: “Bu çıxış həmin cəhdlərin əbəs olduğunu sübut edir və həmin qüvvələrə Azərbaycanla düşmənçilik yox, reallıqla barışma və əməkdaşlıq yolunu seçmək çağırışıdır”.
Müəllif: Adəm Abbaslı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO





















.jpg)













.jpg)

