Nida Təhlil
Tanınan diplomatik ünvan: Dünya WUF13 vasitəsilə Azərbaycanı yenidən kəşf edəcək
BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunun daha bir göstəricisi hesab olunur. Belə mötəbər tədbirlərin Azərbaycana həvalə olunması ölkəmizin həm qədim şəhərsalma ənənələrinə, həm də müasir inkişaf modelinə verilən qiymətdir.
Publika.az xəbər verir ki, bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirib.
Deputat qeyd etdi ki, forum adətən şəhərsalma mədəniyyəti, dövlətçilik ənənələri və müasir urbanizasiya təcrübəsi ilə seçilən ölkələrdə keçirilir:
“Azərbaycan bu baxımdan dünyada tanınan nümunələrdən biridir. Bir tərəfdən bu, bizim yüksək imicimizdir, digər tərəfdən isə dünyanın diqqəti yenidən Azərbaycanda olacaq. Dünya Azərbaycanı yenidən görəcək. Biz öz tariximizi, mədəniyyətimizi və fəaliyyətimizi göstərə biləcəyik”.
A.Mirzəzadənin sözlərinə görə, tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən 40 mindən çox qonaq Azərbaycana gəlib və onların əhəmiyyətli hissəsi ilk dəfədir ölkəmizə səfər edir:
“Onlar Azərbaycan haqqında yüksək təəssüratlarla öz ölkələrinə qayıdacaqlar. Ölkəmizdə belə tədbirlərin vaxtaşırı keçirilməsi Azərbaycanı artıq tanınan diplomatik ünvana çevirib. Bundan sonra da belə tədbirlərin keçirilməsi tamamilə gözləniləndir”.
Deputat vurğuladı ki, forum Azərbaycanın həm tarixi şəhərsalma ənənələrinin, həm də müasir urbanizasiya təcrübəsinin təqdimatı üçün mühüm platformadır:
“Bura həm paytaxtımızda, həm regionlarımızda şəhər nümunələrinin salınması, infrastruktur məsələlərinin həll edilməsi, ekoloji layihələrin həyata keçirilməsi, insanların təhlükəsizliyinin və rahatlığının təmin olunması daxildir”.

A.Mirzəzadə bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri də forum iştirakçılarının diqqət mərkəzində olacaq: “Artıq həmin ərazilərdə “Ağıllı şəhər”, “Ağıllı kənd” modelləri tətbiq edilir. Qırxdan çox şəhər və qəsəbəyə keçmiş məcburi köçkünlər qayıdıblar. Bu, yüz minə yaxın əhali deməkdir və proses davam edəcək”.
Deputatın sözlərinə görə, 2035-ci ilə qədər işğaldan azad olunmuş ərazilərdə 250-yə qədər şəhər və qəsəbənin salınması nəzərdə tutulur.
“Bu isə artıq əksər məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması deməkdir. Ümumdünya Şəhərsalma Forumu həm Azərbaycan tarixində əhəmiyyətli hadisə kimi qalacaq, həm də dünya növbəti dəfə Azərbaycanı özü üçün kəşf edəcək”, - deyə millət vəkili sonda vurğuladı.
Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumu (WUF) BMT tərəfindən 2001-ci ildə təsis olunub və ilk dəfə 2002-ci ildə Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilib. Forum indiyədək Barselona, Vankuver, Nankin, Rio-de-Janeyro, Neapol, Medellin, Kuala-Lumpur, Əbu-Dabi, Katovitse və Qahirə daxil olmaqla bir sıra şəhərlərdə təşkil edilib. WUF13 ilk dəfə Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda - Azərbaycanda keçirilir. Azərbaycandan sonra növbəti - WUF14 forumunun 2028-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində keçirilməsi nəzərdə tutulur.
Müəllif: Adəm Abbaslı
-
Sosial09:13WUF13: Mətbuat konfransı keçirilir - CANLI
-
Dünya08:36Çində güclü zəlzələ - 7 mindən çox insan təxliyə edildi, itkin düşənlər var
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin106:16Aynişanın “Avroviziya” tərzi - FOTO
-
ABŞ05:15Tramp kosmik döyüşçü obrazında - FOTO
-
Magazin204:44Ətir şousuna açıq-saçıq libası ilə damğa vurdu - FOTO
-
İdman01:11Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - VİDEO
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"














.jpg)




















.jpg)


