Prezidentin “Euronews”a müsahibəsində detallar: Azərbaycan qlobal təcrübə yaradıb
Bizi izləyin

Nida Təhlil

Prezidentin “Euronews”a müsahibəsində detallar: Azərbaycan qlobal təcrübə yaradıb

Prezidentin “Euronews”a müsahibəsində detallar: Azərbaycan qlobal təcrübə yaradıb

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Azərbaycanın ev sahibliyi etdiyi WUF13, eləcə də qlobal urbanizasiya problemləri ilə bağlı mühüm fikirlər səsləndirib.

Azərbaycanın qlobal urbanizasiya siyasətinə töhfəsi


WUF13-də 182 ölkə təmsil olunur ki, bu, iştirakçı sayına görə rekord hesab olunub. İştirakçı sayının çoxluğu iki səbəbdən qaynaqlanır.

Birincisi, qlobal urbanizasiya məsələlərinin əhəmiyyətidir: hazırda əksər ölkə şəhərsalma prosesinə xüsusi diqqət yetirir, çünki məsələ təkcə əhalinin məskunlaşma probleminin həlli yox, bunun necə baş verməsidir. Urbanizasiya özü ilə sosial-iqtisadi, eləcə də mədəni çağırışları da gətirir. Xüsusilə kəndlərdən şəhərlərə doğru axının güclənməsi, şəhər həyat tərzinin dəyişiliklərə məruz qalması, ekoloji çətinliklər bu məsələni daha da aktuallaşdırıb. Bu baxımdan, şəhərsalma məsələsi ilə bağlı müzakirələr diqqət mərkəzindədir.

İkincisi, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu Bakıda keçirilən foruma diqqəti ikiqat artırıb.

Bakı hazırda qlobal problemlərin müzakirə edilməsi və həll yollarının tapılmasında dialoq platforması rolunu oynayır. Bundan öncə paytaxtımızda baş tutan COP29 tədbiri və COP tarixində mühüm yeniliklərin əldə edilməsi də bunun bariz nümunələrindəndir. WUF iştirakçıları da təhlükəsiz Azərbaycanda səmərəli dialoq apara, təcrübə mübadiləsi edə və problemlərin çıxış yollarını tapa biləcəklərini düşünürlər.

Dövlət başçısı də müsahibəsində bildirib ki, forum iştirakçılarının sayının rekord həddə olması həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir.

Prezident qeyd edib ki, bu forum bizim üçün indiyədək görülən işlər, gələcək planlarımız barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir: “Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Mən çıxışımda da qeyd etdiyim kimi, tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır”.

Göründüyü kimi, Azərbaycan qlobal urbanizasiya siyasətinin formalaşmasına öz töhfəsini verir.

Azərbaycan qlobal şəhərsalma təcrübəsi yaradır

Müasir şəhərsalma prosesində ətraf mühitin qorunması və insanların yaşıl zonalarla – parklar, istirahət güşələri və s. təmin edilməsi əsas priotetdir. Lakin bunu hər zaman təmin etmək asan olmur, xüsusilə sənayeləşən şəhər modelində ekoloji prinsiölərin gözlənilməsi baxımından. Azərbaycanın bununa bağlı mühüm təcrübəsi var.

Paytaxt Bakıda müasirliklə tarixin harmoniyası, eləcə də yaşıl zonaların genişliyi, eləcə də Qarabağ və Şərqi Zəngəzur bölgəsində həyata keçirilən “ağıllı şəhər” layihələri şəhərsalma presedenti yaradır. Bununla yanaşı, azad olunmuş ərazilərdə Yer üzündən silinmiş şəhər və kəndlərimizin qısa müddətdə yenidən inşa edilməsi ilə Azərbaycan beynəlxalq müstəvidə şəhərsalma təcrübəsi yaradıb. Dövlət başçısı qeyd edib ki, biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq: “Təəssüf ki, işğal altında olmuş ərazilərin genişmiqyaslı dağıntılara məruz qalması bizi buna vadar etdi. Mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində beş ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışını təmin etmişik”.

Azərbaycan buna necə nail oldu?

Prezident beynəlxalq şəhərsalma prosesində nümunə olan təcrübəni bölüşüb.

İlk öncə elektrik enerjisi məsələsi həll olundu. Bu günədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib, hazırda 340 meqavat gücündə Günəş enerjisi layihələri isə inşa edilir. Bu həcm yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, daha geniş ərazilər üçün də kifayət edəcək. Bununla yanaşı, elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyası təmin olunub. Ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib. Dəmir yolları, məktəblər, xəstəxanalar paralel şəkildə inşa edilir.

Dövlət başçısı bildirib ki, yenidənqurmanın ilk illərində əsas sərmayəni infrastrukturun yaradılmasına yatırmışdıq.

Hazırda isə əsas sərmayələrimiz yaşayış sahələrinin tikintisinə yönəldilib - şəhərlərin Baş planları, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları üzrə layihələr həyata keçirilir. Hər bir kənd üzrə planlar icra edilir. Beləliklə, hesab edirəm ki, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər”, - Prezident vurğulayıb.

WUF13 həm qlobal urbanizasiya problemlərinin həllində, həm də Azərbaycanın öz təcrübəsini digər ölkələrlə bölüşməsində müstəsna rol oynayır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm