Nida Təhlil
Yüksək təşəbbüs və Prezidentin tapşırığı: Tibb işçilərinə dövlət qayğısı gücləndirildi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqları artırılıb. Bu addım tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin daha yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi istiqamətində mühüm qərar kimi dəyərləndirilir.
Əməkhaqqı artımı, eyni zamanda, səhiyyə sistemində aparılan islahatların növbəti mərhələsi hesab olunur. Bunun tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərəcəyi gözlənilir.
Publika.az mövzu ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyevin fikirlərini öyrənib.
Deputat bildirdi ki, tibb işçilərinin əməkhaqlarının artırılması istiqamətində həyata keçirilən islahatlar olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, bu addım tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, kadr axıcılığının qarşısının alınmasına, eləcə də regionlarda kadr təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.
M.Quliyev vurğuladı ki, təkcə əməkhaqqının artırılması ilə səhiyyə sistemində mövcud olan bütün problemlərin həllinə nail olmaq mümkün deyil. Deputat qeyd etdi ki, TƏBİB-in üzərində həm böyük məsuliyyət və etimad var, həm də gözləntilər kifayət qədər yüksəkdir.
“Hesab edirəm ki, islahatlar uğurla davam edir və gələcəkdə daha müsbət dəyişikliklərin şahidi olacağıq”, - deyə o əlavə etdi.

Komitə sədrinin sözlərinə görə, TƏBİB-in yaradılması olduqca müsbət hadisə idi. M.Quliyev İcbari Tibbi Sığortanın təşkili və fəaliyyətə başlamasının ölkəmizin səhiyyə sistemində köklü, hətta inqilabi dəyişikliklərdən biri olduğunu vurğuladı.
Bununla belə, deputat hesab edir ki, bu islahatlar tədricən və dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilməlidir. Onun fikrincə, bu istiqamətdə maddi-texniki bazanın gücləndirilməsi əsas şərtlərdən biridir.
M.Quliyev eyni zamanda bildirdi ki, Səhiyyə Nazirliyi ilə tibbi müayinə və müalicə protokollarının hazırlanması istiqamətində əməkdaşlığın genişləndirilməsi və bu prosesin sürətləndirilməsi də vacib amillərdəndir: "Dövlət və özəl sektor arasında balansın yaradılması da mühüm məsələlərdən biridir. Yəqin ki, TƏBİB rəhbərliyi bu məsələləri də öz islahat planlarına daxil edib. İstənilən halda, əməkhaqlarının artırılması xoş xəbərdir".
Millət vəkili vurğuladı ki, bu artımların diferensial yanaşma əsasında tətbiq olunması da düzgün qərardır. Onun sözlərinə görə, əməkhaqqı artımında işçiyə olan ehtiyac, tələbat, onun peşəkarlıq səviyyəsi və gördüyü işin həcmi nəzərə alınıb.
M.Quliyev hesab edir ki, gələcək illərdə də əməkhaqlarının artım tempinə xüsusi diqqət yetiriləcək.
Müəllif: Adəm Abbaslı
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar








































