Nida Təhlil
Şuşa qayalarındakı cızma-qaralar: tariximizə qarşı məsuliyyətsizlik
Şuşa təkcə bir şəhər deyil, bütöv bir tarixdir, hər daşı, qayası, küçəsi ilə. Bu tarixin üzərinə hansısa yazını yazmaq nəyinsə “əbədiləşdirilməsi”, yoxsa tariximizin korlanmasıdır?
Bir qrup turistin Şuşada qayaların və daşların üzərinə adlar yazması bu məsələni gündəmə gətirdi.
Yazılan adların şəhidlərimizə məxsus olduğu, bu yolla əbədiləşdirmək istədikləri deyilir. Axı bu şəhidlərimizin adının əbədiləşdirilməsi yox, sıradan hala çevrilməsi deməkdir. Çünki şəhidlərimizin müqəddəs xatirəsinin əbədiləşdirilməsi qeyri-peşəkar şəkildə edilməməli, vizuallıq baxımından eybəcər formada olmamalıdır. Olmur da, ölkənin hər yerində dövlət tərəfindən şəhidlərimizin xatirəsinə abidələr, parklar, xiyabanlar, memorial komplekslər salınıb. Bütün bunlar peşəkar formada edilib və bununla şəhidlərimizin adı əbədiləşdirilir, Azərbaycan var olduqca, şəhidlərimizin xatirəsi də var olacaq. Buna rəğmən, Şuşada qayaların, daşların üzərinə şəhidlərimizin adının yazılması onların adının əbədiləşdirilməsinin qeyri-peşəkar, qeyri-vizual formada edilməsidir. Ki, bunun şəhidlərimizin xatirəsinə zərəri var. Çünki bir müddət sonra yazılan adlar erroziyaya uğrayacaq, silinəcək, yaxud daha eybəcər formaya düşəcək. Digər tərəfdən, bunun edilməsi tarixi irsimizin olan Şuşaya zərər verməkdir.

Birincisi, Şuşanın tarixi görkəmi zərər görür;
İkincisi, qayalara, daşlara yazılar yazmaq qarşısıalınmaz prosesə çevrilə bilər.
Təcrübə ilə təsdiq olunub: qayaların, daşların və divarların, yaxud binaların üzərinin yazılmasının qarşısı alınmasa, bu, davamlı prosesə çevrilir, belə demək mümkünsə, hər kəs “ürək sözlərini” həkk etməyə, “tarixə keçirməyə” çalışır. Şuşanın qayalarına, daşlarına indi şəhidlərin adı yazılırsa, zamanla, şəhərə baş çəkən hər kəs özündən “bir xatirə” qoymağa çalışacaq. Biri qayaları reklam lövhəsi kimi istifadə edəcək, digəri eşqini elan edəcək. Bir müddət sonra Şuşa qraffiti vandalizminin hədəfinə çevriləcək. Beləliklə, tarixin parçası olan qayalar, daşlar eybəcər formaya salınacaq. Bu baxımdan, məsələ göründüyündən də mürəkkəbdir.
Bu gün Avropa ölkələri qraffiti həvəskarlarının “küçə sənətinin nümunəsi” kimi təqdim etdiyi əməllərinin qurbanına çevrilib, həm vizual vandalizmə məruz qalır, həm də onların təmizlənməsinə milyonlarla vəsait xərclənir.

Bir müddət öncə Nizami Kino Mərkəzinin fasadının korlanması da məhz qraffiti vandalizminin mümunəsi idi. Mədəni-tarixi əhəmiyyətli binanın korlanması təkcə mənəvi baxımdan yox, hüquqi baxımdan da məsuliyyət yaradırdı və bu əməlləri törədənlərlə bağlı hüquqi addımlar atılıb.
Şuşada baş verənlər bunun genişmiqyaslı forması hesab oluna bilər. Çünki Şuşa bütövlükdə Azərbaycanın mədəni-tarixi mirasıdır. Şuşanın işğaldan azad edilməsi zamanı ordumuzun artilleriyadan maksimum istifadə etməməyə çalışması şəhərin tarixi əhəmiyyətinin böyüklüyünü göstərən nümunələrdəndir. Və bu gün Azərbaycan əsgərinin qıymadığı Şuşanın qayalarına, daşlarına yazıların yazılmasının qarşısı alınmasa, bu davamlı prosesə çevrilə bilər. Məsələnin digər tərəfi isə qayalara, daşlara, memarlıq abidələrinə yazılan yazıların təmizlənməsi zamanı yaranan çətinliklərdir. Bu, əlavə resurs, vaxt və maliyyə ilə yanaşı, tarixi abidələrin zərər görməsi ilə də nəticələnə bilər.

Bu mənzərə hər kəsin tarixi-memarlıq abidələrinə məsuliyyətlə yanaşması zərurətini yaradır. Qanunla dövlət qoruğu elan edilmiş Şuşa kimi hər daşında, qayasında tarixin olduğu bir şəhərə yanaşma daha həssas olmalıdır. Tarixin üzərində cızma-qara etmək qəbuledilməzdir.
Asif Nərimanlı
-
Magazin221:24Ədəbsiz görüntülərini pulla satan məşhur müğəni saxlanıldı - FOTO
-
Region20:00Məşhur türk aktyor evində ölü tapıldı - FOTO
-
Cənubi Qafqaz19:24Simonyan dostunun model qızı ilə evləndi - FOTO/VİDEO
-
Region19:1210 nəfəri öldürən şagirdin anası yenidən həbs edildi
-
Avropa19:00Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi - FOTO
-
Magazin218:24Türk məşhurların villaları uçurulacaq
-
Avropa17:30Qırıcı aviaşou zamanı qəzaya uğradı - VİDEO
-
Hadisə16:40Vəzifəli şəxs qəfil öldü - FOTO

















.webp)



.png)















