Nida Təhlil
İran Zəngəzura hücum edəcək? - Ermənistana göndərilən mesaj
Ermənistan mediasının Tehranın İrəvana TRİPP layihəsi ilə bağlı hərbi xəbərdarlıq etməsi haqda yaydığı məlumat regional proseslər fonunda diqqət çəkir və “İran Zəngəzura hücum edə bilər” sualını ön plana çıxarır.
“News.am”-ın iddiasına görə, İran Ermənistana TRİPP layihəsi (Zəngəzur dəhlizi) ilə bağlı şərtlər irəli sürüb. Tehran tələb edir ki, layihənin müdafiəsi ya Ermənistan ordusu tərəfindən həyata keçirilməlidir, ya da bu ölkədə mövcud olan Rusiya qüvvələri tərəfindən. ABŞ qoşunlarının Zəngəzura – İran sərhədinə gəlişi Tehran üçün “qırmızı xətdir” və bu baş verərsə, Amerika qüvvələrini qanuni hədəf kimi qəbul edəcəklər.
İranın Ermənistana belə bir xəbərdarlıq etməsi ehtimalı yüksəkdir, daha öncə də Tehran müxtəlif səviyyələrdə İrəvana eyni mesajı vermişdi. Hərçənd, xəbərdarlığın praktiki olaraq icra edilməsi – İranın Ermənistana hücum etməsi versiyası cari dövrdə zəif görünür.
Birincisi, Ermənistan İran üçün hələ də Cənubi Qafqazda əsas tərəfdaş olaraq qalır;
İkincisi, ABŞ-la müharibə vəziyyətində olan Tehran qonşu ölkələrlə real gərginlikdən çəkinmə xəttini izləyir.
Lakin hadisələrin inkişafında İranın xəbərdarlığının icra mərhələsinə keçməsi – Zəngəzura hücum etməsi ehtimalı qeyri-real görünmür, xüsusilə ABŞ-la müharibənin gedişi fonunda.
İranın müharibədə Yaxın Şərqdəki ABŞ bazalarını vurması taktikası zamanla effektsiz olur. Bir tərəfdən bazaların yerləşdiyi ölkələr artıq “hərbi zərbə” qorxusunu geridə qoyub, digər tərəfdən, Vaşinqton təhlükəsizlik tədbirlərini gücləndirib. Bu baxımdan, İran üçün yeni hədəflərin tapılması əhəmiyyətlidir.
Tehran daha öncə Avropa ölkələrini “cavab zərbələri” ilə təhdid etsə də, hərbi arsenalı imkanlarını məhdudlaşdırır. Bu baxımdan, yeni hədəf siyahısına Zəngəzurun – TRİPP layihəsinin keçdiyi bölgənin daxil edilməsi mümkün variantlardandır. İran həm ABŞ-a qarşı yeni cəbhəni açmaq, həm Vaşinqtonun Cənubi Qafqaza daxil olmasına mane olmaq və bundan danışıqlar masasında “əlini gücləndirmək” məqsədilə istifadə etmək, həm də əvvəldən qarşı çıxdığı TRİPP layihəsini bloklamaq, yaxud ən azı anti-dəhliz mövqeyini praktiki olaraq nümayiş etdirmək üçün bu varianta əl ata bilər.
Asif Nərimanlı
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər

































