Nida Təhlil
Əli Əsədov iclas keçirdi
Sentyabrın 11-də İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib.
Bu barədə Publika.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində cari iqtisadi vəziyyət və 2026-2030-cu illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin proqnoz layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2027-2030-cu illərdə büdcə siyasətinin əsas məqsəd və hədəfləri, Ortamüddətli Xərclər Çərçivəsi, maliyyə-bank sektorunda cari vəziyyət və siyasət istiqamətləri və digər məsələlər ətraflı müzakirə olunub.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Sahil Babayevin və Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib. Təqdim olunan gündəliyə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar tərəfindən müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla 2027-cı ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər


































.jpg)









