Nida Təhlil
Vüqar Bayramovdan məktəbli forması ilə bağlı mesaj: Türk dövlətlərində də tətbiq olunur
Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində məktəbli geyim formaları ilə bağlı yeni qaydalar ətrafında müzakirələr davam edir. Nazirlər Kabinetinin qərarı təhsil müəssisələrində geyim tələbləri və vahid yanaşmanın tətbiqi məsələsini yenidən gündəmə gətirib. Bu kontekstdə digər ölkələrin təcrübəsi, xüsusilə Azərbaycanın yaxın tərəfdaşları olan Mərkəzi Asiya dövlətlərində tətbiq edilən qaydalar da diqqət çəkir. Vahid məktəbli formasına yanaşma təkcə geyim seçimi ilə məhdudlaşmır, həm də təhsil mühitinin təşkili, nizam-intizam və milli-mənəvi dəyərlərlə əlaqələndirilir.
Mövzu ilə bağlı fikirlərini Publika.az-la bölüşən millət vəkili Vüqar Bayramov bildirdi ki, oxşar qaydalar Azərbaycanın qardaş Türk dövlətlərində də mövcuddur:
"Vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarlar Mərkəzi Asiya ölkələrində də qəbul edilib. Qığızıstanda orta təhsil müəssisələri üçün məcburi məktəbli geyimi tələbləri 2015-ci ildə, Qazaxıstanda 2016-cı ildə, Özbəkistanda 2018-ci ildə, Türkmənistanda isə 2019-cu ildə tətbiq olunub".
Millət vəkili qeyd etdi ki, vahid məktəbli forması yalnız geyim məsələsi deyil, eyni zamanda, təhsil fəlsəfəsi ilə birbaşa bağlıdır. Onun fikrincə, məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi təhsil siyasətinin mühüm istiqamətlərindən biridir.
V.Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışına da diqqət çəkib. O, dövlət başçısının həmin çıxışında ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər önəmli olduğunu bildirdiyini xatırlatdı.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan tarixən Türk və İslam dünyasının mərkəzlərindən biri olub və ölkədə İslam dəyərlərinə, milli adət-ənənələrə daim böyük ehtiram göstərilib. O əlavə etdi ki, İslam dininə aid əlamətdar günlər hər il dövlət səviyyəsində qeyd olunur, Prezidentin dini bayramlarla bağlı müraciətləri də ünvanlanır.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video















.jpg)
.jpg)















