Məktəblilər vahid formada daha səliqəli görünürlər - Gülyanaq Məmmədova
Bizi izləyin

Nida Təhlil

Məktəblilər vahid formada daha səliqəli görünürlər - Gülyanaq Məmmədova

Məktəblilər vahid formada daha səliqəli görünürlər -  Gülyanaq Məmmədova

“Uşaqların diqqəti geyimdə deyil, dərslərində olmalıdır”.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın və Özbəkistanın Xalq artisti, pedaqoq Gülyanaq Məmmədova Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında qərarına münasibət bildirərkən dedi.

Xalq artisti bildirdi ki, o, dövlət qurumlarının qəbul etdiyi qərarları hər zaman dəstəkləyir.

Xanəndə qeyd etdi ki, vahid məktəbli forması şagirdlərin daha səliqəli görünməsinə, məktəbdə birlik və bərabərlik mühitinin formalaşmasına kömək edir. Onun sözlərinə görə, bu qayda valideynlər üçün də müəyyən rahatlıq yaradır. Belə ki, valideynlər məktəbli formalarını eyni satış məntəqələrindən əldə edərək övladlarını rahatlıqla məktəbə yola sala bilərlər.

G.Məmmədova vurğuladı ki, vahid geyim forması şagirdlər arasında geyimlə bağlı müqayisələrin və fərqliliklərin ön plana çıxmasının qarşısını almağa, diqqətin tədris prosesinə yönəlməsinə şərait yaradır. Bu isə təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər.

Xalq artisti mövzu ətrafında yaranan müzakirələrin çoxalmasını arzulamadığını da bildirdi. O qeyd etdi ki, bir azərbaycanlı olaraq geyimə, dinə, təhsilə, mədəniyyətə və poeziyaya böyük hörmət və sevgi ilə yanaşır.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm