Nida Təhlil
Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
"Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın, vahidliyin və bərabərlik prinsipinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məktəb uşaqların yalnız bilik qazandığı deyil, eyni zamanda şəxsiyyət kimi formalaşdığı, davranış mədəniyyətini və cəmiyyətə münasibətini öyrəndiyi məkandır. Bu baxımdan şagirdlərin geyimi də təhsil və tərbiyə prosesinin mühüm elementlərindən biri hesab oluna bilər."
Publika.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında qərarına münasibət bildirən hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı dedi.
O bildirdi ki, məktəbli formasının tətbiqi, ilk növbədə, şagirdlər arasında zahiri fərqlərin ön plana çıxmasının qarşısını almağa və diqqətin onların geyiminə deyil, biliyinə, davranışına və təhsil nailiyyətlərinə yönəlməsinə xidmət edir.
Professorun sözlərinə görə, uşaqların eyni formada məktəbə gəlməsi onlarda kollektivə mənsubluq, məsuliyyət və nizam-intizam hisslərinin formalaşmasına da müsbət təsir göstərə bilər. Məktəbli forması yalnız zahiri görünüş məsələsi deyil, həm də məktəb mühitində ümumi qaydalara hörmətin və təhsil mədəniyyətinin göstəricisidir.
Məhəmməd İmanlı vurğuladı ki, məktəbli geyiminə münasibətdə milli-mənəvi dəyərlər də nəzərə alınmalıdır. Onun fikrincə, uşaqlara kiçik yaşlarından səliqə, sadəlik, məsuliyyət və ictimai qaydalara hörmət kimi keyfiyyətlərin aşılanması tərbiyənin mühüm istiqamətlərindəndir:
"Milli-mənəvi dəyərlər yalnız zahiri görünüşlə məhdudlaşmır. Böyüyə hörmət, kiçiyə qayğı, dürüstlük, vətənpərvərlik və insanlara qarşı ədalətli münasibət də məktəbdə formalaşdırılmalı olan əsas keyfiyyətlər sırasındadır. Məktəbli formasının əhəmiyyəti də bu ümumi tərbiyə prosesinin bir hissəsi kimi qiymətləndirilməlidir".
Professor əlavə etdi ki, məktəbli forması ilə bağlı qaydaların düzgün izah edilməsi, onların məqsədinin şagirdlərə və valideynlərə çatdırılması vacibdir. Məktəb, ailə və müəllim arasında qarşılıqlı anlaşma olduqda bu tələblərin tətbiqi daha səmərəli olur.
Məhəmməd İmanlının sözlərinə görə, məktəbli formasına yalnız geyim məsələsi kimi yanaşmaq düzgün olmazdı. Bu, eyni zamanda, təhsil mədəniyyəti, intizam, bərabərlik və tərbiyə ilə bağlı məsələdir. Əsas məqsəd milli-mənəvi dəyərlərə bağlı, savadlı, məsuliyyətli və cəmiyyətə faydalı vətəndaşların yetişdirilməsidir.
Müəllif: Adəm Abbaslı
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO



































