Nida Xəbər
Azərbaycan Alxanlı kəndində atəş nöqtələrinin olmadığını sübut etdi
İyulun 6-da Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu və Füzuli rayonunun İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin və xarici kütləvi informasiya vasitələri nümayəndələrinin (KİV) Ermənistan silahlı bölmələri tərəfindən atəşə tutulması nəticəsində iki dinc kənd sakininin həlak olduğu Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil edilib.
Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu ərazidə Azərbaycan Silahlı Qüvvələri bölmələrinin qərargahının və atəş nöqtələrinin olmadığını sübut edən dəlillər onlara yerində təqdim olunub.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, hərbi attaşelər və KİV nümayəndələri kənd ərazisində Silahlı Qüvvələrin bölmələrinin heç bir qərargahının və atəş nöqtələrinin olmadığına yerində əmin olublar.
Bu fakt bir daha təsdiq edir ki, Ermənistan silahlı bölmələrinin əsas hədəfi dinc Azərbaycan əhalisi olub. Ermənistan tərəfinin kənd ərazisində guya hərbi bölmələrimizin olması barədə yaydığı məlumat dezinformasiya və yalandır.
-
İdman06:46“Barselona” və “Real” qələbə qazandı
-
Magazin206:16Qala gecəsinə elə geyimdə gəldi ki... - FOTO
-
Dəb05:15Məşhur aparıcı payızın zərif trendini açıqladı - FOTO
-
ABŞ03:43Edamdan sağ çıxan qadından yeni xəbər var
-
Dünya02:12Əfqanıstan-Pakistan sərhədində gərginlik - Silahlar işə düşdü
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qəfil romantik yaxınlaşma sizin üçün sürpriz ola bilər
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO








.jpg)
.jpg)
.jpg)




















.jpg)



