Nida Xəbər
“Bunların hər biri prezidentimizin şəxsi qətiyyəti və prinsipiallığının təzahürüdür” - ŞƏRH
“Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları prezidentin çox unikal iqtisadi konsepsiyası və iqtisadi proqramlarıdır”.
Publika.az-a açıqlamasında bunu regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Birinci, ikinci, və üçüncü dövlət proqramlarının birbaşa müəllifinin prezident olduğunu deyən millət vəkili qeyd edib ki, dövlət proqramlarının nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb.

“Bu, Azərbaycan iqtisadiyyatının 320 faiz artımı deməkdir. Ölkədə 1 milyon 900 min iş yeri açılıb. Azərbaycanın valyuta ehtiyatları 2004-cü ildəki 1,8 milyard dollardan 2018-ci ilin əvvəlinə görə 42 milyard dollara çatıb. On dörd il ərzində Azərbaycan iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub. Bunun yarısı xarici, yarısı isə daxili sərmayədir. Biz bu cür makroiqtisadi göstəriciləri daha çox sadalaya bilərik. Başlıca olaraq, əhalinin pul gəlirləri artıb”, - o deyib.
Müsahibimizin sözlərinə görə, ölkədə əldə edilən yüksək iqtisadi uğurların fövqündə Azərbaycan prezidenti ilə vətəndaşlar arasında xoş ünsiyyət, səmimi münasibət, qarşılıqlı hörmət və inamın olması durur:
“Cənab prezidentin də qeyd etdiyi kimi, ölkədə dünya səviyyəsində ən yüksək vətəndaş həmrəyliyi və stabillik var. Həm iqtisadi nailiyyətlərimiz, həm də siyasi stabilliyimiz dövlət proqramlarının icrasının nəticəsi olaraq əldə olunub. Azərbaycanın iqtisadi gücü daha da artacaq. Çünki regionlarda sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası olaraq böyük işlər görülüb və görülür. Aqroparklar salınır, sənaye məhəllələri və sənaye kompleksləri istifadəyə verilir. Bütün regionlarda böyük infrastruktur mövcuddur və bu baxımdan Bakı ilə regionlar arasında fərqi görmək çətindir. Cənab prezidentimizin də söylədiyi kimi, daha böyük nailiyyətlər əldə olunacaq. Ölkənin stabil və rəqabətə dayanıqlı iqtisadiyyatı artıq formalaşmaqdadır”.
Azərbaycanın regionda həyata keçirilən bir sıra irihəcmli layihələrin təşəbbüskarı və iştirakçısı olduğunu xatırladan millət vəkili qeyd edib ki, 2017-ci il də bu baxımdan yaddaqalan olub:
“Dünyada ümumiqtisadi böhranın davam etdiyi bir vaxtda böyük uğurlar əldə edildi, makroiqtisadi dayanıqlılıq qorunub saxlanıldı. Eyni zamanda, çox böyük layihələrə imza atıldı. Bir daha vurğulamaq istəyirəm ki, bunların hər biri cənab prezidentimizin şəxsi qətiyyəti və prinsipiallığının təzahürüdür. Həmçinin, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin saxlanılmasının təzahürüdür ki, Bakı-Tbilisi-Qars dəmir yolu kimi bir layihəyə imza atıldı, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. TANAP layihəsi 2018-ci ildə başa çatdırılacaq, çünki 2017-ci ildə layihənin həyata keçirilməsi istiqamətində böyük işlər görülüb. Bundan başqa, Xəzər dənizinin ən böyük ticarət limanı - Ələt Dəniz Ticarət Limanı bu il fəaliyyətə başlayacaq".
Ömər Dağlı
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı






.jpg)






















.jpg)



.jpg)

