Nida Xəbər
Erməni deputatdan İNANILMAZ SÖZLƏR: Ermənistandakı biabırçılıqlar üzə çıxdı
“Ermənistanda demoqrafiya və iqtisadiyyatla bağlı cari
vəziyyətin birinci səbəbi Dağlıq Qarabağ münaqişəsidir”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan
parlamentinin deputatı, “Sarukyan” blokunun üzvü Naira Zöhrabyan
deyib.
Onun sözlərinə görə, Ermənistanın depopulyasiyası (əhalinin ölkəni
tərk etməsi - red.) aşkar faktdır: “Bizim “Çiçəklənən Ermənistan”
partiyası dəfələrlə ölkədə iqtisadi problemləri, işsizliyin
artmasını və yoxsulluğu gündəmə gətirib. İndi iş qabiliyyəti olan
gənc insanlar Ermənistanı tərk edir, çünki onlar burada iş tapa
bilmirlər. Rəsmi statistikaya görə, 30 faiz insan yoxsuldur,
hərçənd, bura işləyən, lakin aldığı maaşla yaşaya bilməyən təbəqə
daxil edilmir. Bunu nəzərə alsaq, faiz dərəcəsi daha da böyüyəcək.
Digər tərəfdən, maaşların azlığına, yüksək işsizliyə və alıcılıq
qabiliyyətinin son dərəcədə aşağı olmasına baxmayaraq, qiymətlər
durmadan artır və vətəndaşlar sadəcə olaraq heç nə ala bilmirlər.
Benzinin qiymətinin artmasından sonra qiymətlər yenidən artdı.
Hökumət səbəb kimi Rusiyanı göstərir, halbuki, orada benzinin
qiyməti 10 faiz, Ermənistanda isə 40-50 faiz artıb. Bu
qəbuledilməzdir. Beynəlxalq səviyyədə ərzağın qiyməti aşağı düşür,
Ermənistanda isə artır. Bütün bunlar təbii olaraq miqrasiyaya təsir
edir və insanlar öz ölkəsini tərk edir”.

N.Zöhrabyan qeyd edib ki, hazırda Ermənistanı tərk etmək
istəyənlərin Avropa İttifaqı ölkələrinin səfrliklərinə etdikləri
müraciətlərin tempi insanı dəhşətə salır: “Ermənistanda
iqtisadiyyat inhisara alınıb. Hökumətin dediyi 6 faiz iqtisadi
artım sadəcə kağız üzərindədir. Faktiki olaraq, artım sıfıra
bərabərdir”.
Erməni deputat əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi də
insanların Ermənistanı tərk etməsində başlıca səbəbdir.
“Münaqişənin davam etməsi miqrasiyaya böyük təsir göstərir. Bu,
bizim üçün çox ağrılı məsələdir, xüsusilə cəbhəyə kimlərin
getməsində bərabərsizliyin olması böyük problemdir. Əgər
Ermənistanın adi vətəndaşı əmin olsaydı ki, onun oğlu ilə birlikdə
deputatın, yaxud nazirin oğlu da ön cəbhədədir, bunu qəbul edərdi.
Lakin bunun tam əksinədir. Buna görə də insanlar oğulları böyüyən
kimi ölkədən göndərirlər”, - deyə o bildirib.
Asif
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi










.jpg)







.jpg)








.jpg)
.jpg)





