Nida Xəbər
SOCAR-da kütləvi ixtisarlar gedir? - Rəsmi
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) kütləvi ixtisarlarla bağlı bir sıra sosial media resurslarında yayılan, hər hansı rəsmi mənbəyə əsaslanmayan rəqəmlər və iddialar həqiqəti əks etdirmir.
Publika.az Report-a istinadla xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.
Məlumata görə, 2024-2025-ci illər ərzində SOCAR-da işçi dövriyyəsi üzrə orta illik göstərici cəmi 2,4% olub ki, bu da SOCAR-ın əmək bazarında sabit işəgötürən olduğunu təsdiq edən mühüm göstəricilərdəndir. Qeyd edilən işçi dövriyyəsinin böyük əksəriyyəti işçilərin təbii axını hesabına baş verib.
Həmçinin qeyd edilib ki, SOCAR-ın 2035-ci ilədək Korporativ Strategiyanın əsas istiqamətlərindən biri korporativ idarəetmənin təkmilləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması, biznes proseslərinin optimallaşdırılması və insan kapitalının dayanıqlı inkişafının təmin edilməsidir:
"Bu istiqamətdə həyata keçirilən tədbirlər təşkilati strukturun təkmilləşdirilməsi, biznes proseslərinin optimallaşdırılması və mövcud resursların daha səmərəli idarə olunmasına xidmət edir. Sözügedən proseslər qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilir".
SOCAR-dan onu da bildiriblər ki, 2025-ci ildə "Sustainable Fitch" reytinq agentliyi tərəfindən SOCAR-ın Ətraf mühit, Sosial və Korporativ idarəetmə istiqamətləri (ESG) üzrə fəaliyyəti beynəlxalq "ER3" reytinqi ilə qiymətləndirilib:
"Bu da qeyd olunan istiqamətlər üzrə SOCAR-da əsas siyasətlər və proseslərin mövcudluğunu, eləcə də beynəlxalq təcrübəyə uyğunlaşdırılmaqda olduğunu ifadə edir. Həmçinin SOCAR 2024-cü ildə öz Ətraf mühit, Sosial və Korporativ idarəetmə (ESG) hədəflərinə sadiqliyini nümayiş etdirərək "MSCI" ("Morgan Stanley Capital International") beynəlxalq reytinq agentliyi tərəfindən Xəzər regionunda "BBB" səviyyəsində ESG reytinqi əldə edən ilk enerji şirkəti olub. Bütün bunlarla bərabər onu da qeyd etmək lazımdır ki, SOCAR Qrupa daxil olan müəssisələrin hər biri ayrılıqda hüquqi şəxs və işəgötürən qismində fəaliyyət göstərir və hər bir müəssisədə əmək münasibətləri üzrə bütün əməliyyatları Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə, eləcə də işçilərin əmək hüquqlarının qorunması, sosial məsuliyyət və korporativ idarəetmə sahəsində qeyd edilən prinsiplərə uyğun həyata keçirir".
SOCAR fürsətdən istifadə edərək ictimaiyyəti və maraqlı tərəfləri yalnız şirkətin rəsmi məlumatlarına istinad etməyə çağırır.
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər














.jpg)






.webp)








.jpg)
