Nida Xəbər
Lələ təpəyə gələn Kremlin ideoloqundan İrəvanı ÖZÜNDƏN ÇIXARACAQ SÖZLƏR: Ermənistan rəhbərliyi...
Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin
ideoloqlarından hesab olunan Aleksandr Duqin Rusiya nümayəndə
heyəti ilə birlikdə Azərbaycanın 2016-cı il “aprel müharibəsi”
zamanı işğaldan azad edilən Cocuq Mərcanlı kəndində “Azərbaycan –
Cənubi Qafqazda Rusiyanın tək müttəfiqi” adlı konfransda iştirak
etməsindən və Rusiyanın erməni əsilli politoloq Semyon
Baqdasaryanın bu konfransı təşkil edən Rusiya-Azərbaycan
parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Dmitri
Savelyevi məhv etməyə çağırmasından danışıb.
Publika.az xəbər verir ki, Duqin Savelyevin
təşkilatçılığının normal hal olduğunu vurğulayıb.
“Deputat Savelyev Rusiya-Azərbaycan parlamentlərarası dostluq
qrupunun rəhbəri funksiyasını yerinə yetirməyə borcludur. Rusiyanın
mövqeyi bu gün Cənubi Qafqazda görmək istədiyi sülh mövqeyidir.
Hazırda Bakı ilə Moskva arasında aktiv yaxınlaşma var. Azərbaycan
tədricən Rusiyanın daha əhəmiyyətli, çəkisi, nüfuzu olan etibarlı
müttəfiqi olur. Və bu heç də Rusiyanın müttəfiqi olan Ermənistanın
maraqlarına zidd deyil. Lakin Ermənistanın bəzi nümayəndələri deyir
ki, Rusiya Ermənistanın müttəfiqi olduğuna görə Azərbaycana qarşı
çıxmalıdır. Belə fikir var ki, Rusiya Ermənistanı tamamilə
dəstəkləyir və ona Azərbaycanla müharibə aparmağına kömək edir. Bu
tamamilə yalandır. Çünki Rusiya Ermənistanın müttəfiqidir, əslində
isə Rusiya hazırda əsas strateji müttəfiq kimi Azərbaycanı görür.
Məhz buna görə Azərbaycanda belə bir konfrans keçirildi”, - deyə o
vurğulayıb.
Duqin qeyd edib ki, Azərbaycanın Rusiyanın tək müttəfiqi olması
haqda tezis səslənən kimi Rusiyadakı erməni lobbisi “dişlərini
göstərdi”: “Mən Bakıda konfransın təşkilatçısı idim, bu konfransda
antierməni fikirlər deyilməyib. Rusiya-Azərbaycan arasında
yaxınlaşmadan danışıldı, əməkdaşlığın inkişafı vurğulandı.
Həmçinin, Ermənistanın əvvəlki rəhbərliyinin razılığına uyğun
olaraq, beş rayonun Azərbaycana qaytarılması ilə münaqişənin sülhlə
həll edilməsinə ehtiyac qeyd olundu”.
Duqin əlavə edib ki, Ermənistanın indiki rəhbərliyi
məsuliyyətlidirsə, 5 rayonun qaytarılması xəttini davam etməlidir:
“Çünki bu şəxslər arasında yox, dövlətlər arasında razılıqdır. Çox
dövlətdə rejim dəyişir, lakin əvvəlki rejimlərin borclarını yerinə
yetirirlər”.
Duqin Rusiyada erməni lobbisinin onların Cocuq Mərcanlıya səfərinə
qarşı çıxmasını sərt şəkildə tənqid edib.
“Belə çıxır ki, Rusiyada kimin hara gedib-getməməsini ermənilər
həll edir. Ermənistan KİV-lərində yayılan məlumatlar və sosial
şəbəkələrdə ermənilərin fikirləri göstərdi ki, onlar Rusiya ilə
ittifaqdan öz şəxsi maraqları üçün istifadə etmək istəyirlər.
Hərçənd, bu gün Ermənistan NATO ilə yaxınlaşmağa cəhd edir, həm də
Azərbaycanla Rusiyanın yaxınlaşmasını pozmağa çalışır. Bu, ədəbsiz
yanaşmadır və əsl tərəfdaşın davranışı deyil”, - deyə o diqqətə
çatdırıb.
Asif
-
İdman06:16
Bekhemin gizli sevgilisi yenə üzə çıxdı: bütün sirrləri açdı - FOTO
-
Yaxın Şərq01:35
Qəzzada atəşkəs razılaşması bu tarixdə qüvvəyə minəcək
-
Qoroskop00:55
Günün qoroskopu: bu qərarlar sizə qazanc gətirə bilər
-
Yaxın Şərq00:15
Atəşkəs razılaşması Qəzzada böyük coşqu ilə qarşılandı - VİDEO
-
Nida Xəbər 15 Yanvar 22:56
Ermənistan XİN uydurma açıqlamalar verməklə məşğuldur - Rəsmi Bakı
-
İdman15 Yanvar 22:20
Juninyonun “Flamenqo”ya transferi rəsmiləşdi
-
MDB15 Yanvar 20:45
Moskvadan uçan təyyarədə bomba həyəcanı
-
Magazin115 Yanvar 19:45
Çimnaz Sultanova vəfat etdi