Nida Xəbər
Sevil Əliyevanın həyatında ÖZƏL GÜN - FOTO
Bu gün “Sevil” Qadınlar Məclisinin sədri, “SOS” Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidenti, bəstəkar Sevil Əliyevanın doğum günüdür. Onun 63 yaşı tamam olur.
Publika.az xəbər verir ki, ümumilli lider Heydər Əliyevin qızı, dövlət başçısı İlham Əliyevin bacısı Sevil Əliyeva 12 oktyabr 1955-ci ildə Bakıda anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alan Sevil Əliyeva, daha sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsilini davam etdirib. Universiteti bitirdikdən sonra Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub.
Sevil Əliyeva tarix elmləri namizədidir və 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirir. O, bir çox musiqi əsərlərinin müəllifi olmaqla yanaşı, 20-yə yaxın filmin bəstəkarıdır. 2011-ci ilin noyabrında Moskvada Sevil Əliyevanın atası Heydər Əliyevin və anası Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi "Ze qaleri of Sevil" musiqi albomu təqdim olunub.
Hazırda Londonda yaşayan Sevil Əliyeva ailəlidir və 3 övladı var. Onun böyük oğlu Giraf idmanla məşğuldur. O, 2012-ci ildə Las-Veqasda keçirilən pauerliftinq üzrə dünya çempionatında Azərbaycanı təmsil edib və V yeri tutub.
Kiçik oğlu Azər Əliyev hazırda Azərbaycan Ağır Atletika Feferasiyasnın vitse-prezidentidir.
Qeyd edək ki, Sevil Əliyevanın mərhum anasının adını daşıyan Zərifə adlı qızı da var.
Sevil Əlieyvanın ömür yolunun müxtəlif yaş dövrlərində ailəsi ilə çəkilmiş fotolarını təqdim edirik:
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
