Nida Xəbər
ABŞ universitetində Azərbaycana dair geniş mühazirə keçirildi - - FOTO
ABŞ-ın Yuta ştatının Orem şəhərində yerləşən Yuta Vadisi Universitetində (Utah Valley University) Azərbaycana həsr olunmuş geniş tədbir keçirilib.
Universitetin dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tələbə və müəllim heyəti qarşısında çıxış edib.
N.Ağayev çıxışında Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi
və yerləşdiyi mürəkkəb coğrafi məkan barədə iştirakçılara məlumat
verərək, müstəqilliyinin bərpasından sonra ölkəmizin keçdiyi
inkişaf və çağdaşlaşma yolundan bəhs edib.
Diplomat 100 il əvvəl Azərbaycan xalqının tariximizin ilk
respublikası olan Azərbaycan Demokratik Respublikasını (ADR)
yaratdığını və bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və
demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk
müsəlman ölkəsi olduğunu qeyd edib. Azərbaycanda mövcud olan yüksək
tolerantlıq və multikulturalizm ənənələrindən danışan N.Ağayev
qədim dövrlərdən etibarən ölkəmizdə müsəlmanlar, xristianlar və
yəhudilər də daxil olmaqla, müxtəlif etnik və dini icmalar arasında
güclü tolerantlıq və qarşılıqlı ehtiram ənənələrinin olduğunu
bildirib. Diplomat bir çox digər müsəlman ölkələrindən fərqli
olaraq Azərbaycanda şiə və sünnilər arasında da güclü harmoniya və
qarşılıqlı hörmətin mövcud olduğunu, bir çox məscidlərdə onların
hətta birgə ibadət etdiklərini diqqətə çatdırıb.
N.Ağayev bu multikulturalizm ənənələrinin bu gün Azərbaycan
rəhbərliyinin xüsusi diqqəti və hərtərəfli dəstəyilə inkişaf
edərək, yüksək səviyyəyə çatdığını və bütün dünyaya örnək olduğunu
vurğulayıb.
Sonda baş konsul tədbir iştirakçılarının çoxsaylı suallarını
cavablandırıb.
Mühazirədən sonra sözügedən universitet mühazirə ilə bağlı geniş
məqalə hazırlayaraq tələbələrin fərdi təəssüratları ilə birgə
universitetin saytında yerləşdirib: http://utahimf.org/archives/3862
Məqalədə qeyd olunur ki, dinlərarası dialoqun təşviqində Azərbaycanın regional lider olaraq göstərdiyi nümunə bütün bölgədə və dünyada sülhün əldə olunması məqsədilə dərindən öyrənilməli və tətbiq olunmalıdır.
Qeyd edək ki, Yuta ştatının ən böyük universiteti olan UVU-da bakalavr və magistr təhsili daxil olmaqla, 200-dən çox sahə üzrə 40 minə yaxın tələbə təhsil alır.
-
İdman02:12Ronaldo olmadan Portuqaliya millisi qələbə qazandı
-
Yaxın Şərq01:41"FlyDubai"ın yaralı pilotundan və köməkçisindən YENİ XƏBƏR
-
Magazin100:15“Mənim hesabıma milyonlar yedi" - - Tacirdən müəlliminin qarğışına cavab
-
Qoroskop00:00Günün UDUZ FALI - Qızıl açar hər qapını aça bilər
-
İdman1 Oktyabr 23:36Messi İspaniyanın bu klubunun sahibi oldu
-
Nida Xəbər 1 Oktyabr 23:24"Birliyin Gücü – 2026" birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO
-
İdman1 Oktyabr 22:00Azərbaycan-Lixtenşteyn matçı qolsuz bitdi - YENİLƏNDİ
-
ABŞ1 Oktyabr 21:48Putin Trampın xanımına müraciət etdi - “Heç bir istehza olmadan...”








.jpg)

.jpg)



















.jpg)

