Nida Xəbər
Azərbaycan yük vaqonları Türkiyədə sınaqdan keçirildi
Azərbaycan dəmir yoluna məxsus yük vaqonlarının Türkiyə dəmir yolunda istismarı imkanları sınaqdan keçirilib.
Bu barədə Publika.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin vaqon xidmətinin rəisi Bəşir Əsədov və texniki-istehsalat şöbəsinin rəisi Əlövsət Nəcəfov Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yolları Daşımaçılıq təsərrüfatının mühəndisləri ilə birgə tarixi bir hadisəyə imza atıblar.
Belə ki, Azərbaycan dəmir yoluna məxsus olan bir ədəd yarımvaqon Türkiyə dəmir yolunun Qars stansiyasında yerli qatarın tərkibinə qoşulmaqla, Sarıqamış, Ərzurum, Ərzincan, Dibriği, Bostanqaya kimi böyük stansiyalardan keçərək Sivas stansiyasına qədər 8 saatlıq yol qət edib.
Aparılan testin nəticələrinə görə, Azərbaycan dəmir yoluna məxsus olan yük vaqonları qardaş ölkənin ərazisindən yük daşımalarına cəlb edilə bilər və qarşılıqlı yük mübadiləsində əhəmiyyətli rol oynamaq imkanına malikdir.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan dəmir yoluna məxsus yük vaqonları 1520 mm izli yollarda hərəkət edir və Türkiyədə mövcud olan 1435 mm izli yollara daxil olmaq üçün Gürcüstanın Axalkalaki stansiyasında təkər cütlərinin dəyişdirilməsi həyata keçirilir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
