Nida Xəbər
Azərbaycan Paşinyanın Parisdəki çıxışını darmadağın etdi
“Ümid edirik ki, Ermənistanın Baş naziri vəzifələrini
yerinə yetirən Nikol Paşinyan anlayır ki, Paris Sülh Forumunda
etdiyi çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddiyyət
təşkil edir. Məhz Ermənistan beynəlxalq hüququn fundamental
prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq
Azərbaycan ərazilərini işğal edib və tarixən Dağlıq Qarabağda
yaşayan yüz minlərlə Azərbaycanlını öz evlərində yaşamaq
fundamental hüququndan məhrum edib”.
Bu barədə Publika.az-a açıqlamasında Azərbaycan
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini
icra edən Leyla Abdullayeva Ermənistanın Baş naziri vəzifələrini
yerinə yetirən Nikol Paşinyanın çıxışını şərh edərkən deyib.
L.Abdullayeva deyib: “Məgər öz müqəddəratını təyin etmə eyni
bölgədə yaşayan digər etnik qruplara qarşı etnik təmizləmənin
həyata keçirilməsi deməkdir? Məgər beynəlxalq hüququn aliliyi
əraziləri hərbi işğal etmək və sonra da zor gücünə işğalın
nəticələrini həll yolu kimi qəbul etdirmək deməkdir? Bu suallara,
elə cənab Paşinyanın çıxışında istinad etdiyi fundamental
prinsiplərin özü cavab verir; bunun üçün BMT Nizamnaməsini və
Helsinki Yekun Aktını oxumaq kifayətdir. Oxumaq istəməyənlər və ya
oxuduqlarını anlamaq istəməyənlər üçün sitat gətiririk: “Dövlətlər
xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etməsi
hüququna hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsipləri,
beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin
ərazi bütövlüyü prinsipinə uyğun olaraq hörmət etməlidir”.
XİN rəsmisi daha sonra qeyd edib: “Beynəlxalq Forumlarda çıxış
edərək sülhdən, daha yaxşı gələcəkdən danışmaq, əlbəttə yaxşıdır.
Lakin ən vacibi sadəcə bəyanatlar verməklə kifayətlənməmək,
verdiyin bəyanatlara uyğun davranmaqdır, hərəkət etməkdir. Bölgənin
və Ermənistanın özünün daha yaxşı gələcəyi bilavasitə, Ermənistan
silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalına son
qoyulması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması ilə
əlaqədardır”.
Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar
Məmmədyarov Paris Sülh Forumunda iştirak edib və tədbirdən sonra
Forum çərçivəsində təsis edilmiş Sülh Kitabxanasına “Qarabağ
həqiqətləri” adlı kitab təqdim edib.
Nazir Elmar Məmmədyarov kitabda “Dünya unutmamalıdır ki, Ermənistan
silahlı qüvvələrinin işğalçı əməlləri nəticəsində Azərbaycanda
olduğu kimi, bu gün hələ də dünyada xalqlar öz doğma ərazilərindən
zor gücünə qovularaq etnik təmizləməyə məruz qalırlar. Ermənistanın
öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxartmaq,
Azərbaycanın sərhədlərinə hörmət etmək və bölgədə sülh və sabitliyi
bərpa etməkdən başqa yolu yoxdur” sözlərini qeyd edib.
Asif
-
Rəsmi xronika17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı






































