Nida Xəbər
Ermənistan Suriya ermənilərini işğal edilmiş ərazilərə köçürür - Bakıdan SƏRT REAKSİYA
"Ermənistan Suriyadakı humanitar vəziyyətdən istifadə edərək öz məqsədləri naminə Suriya ermənilərini işğal edilmiş ərazilərə köçürür və orada demoqrafik vəziyyəti dəyişdirməyə çalışır".
Publika.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusundakı beynəlxalq konfransda deyib.

"Bu, Ermənistanın anneksiya və işğal siyasətini bir daha nümayiş etdirir. Bu baxımdan, beynəlxalq ictimaiyyət xüsusilə diqqətli olmalıdır", - o qeyd edib.
H.Hacıyev həmçinin vurğulayıb ki, Ermənistan ekoloji normalara baxmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinin təbii sərvətlərini talan edir və buna dair bir sıra faktlar var: "Metallurgiya və əlvan metallar Ermənistanın ixracının əsas komponentlərindən biridir və burada Azərbaycanın işğal olunmuş ərazilərdən hasil olunmuş sərvətlər də var".
H.Hacıyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu məsələlərə diqqətini cəlb etməyin vacibliyini vurğulayıb: "Vasitəçilərin atəşkəsə dair çağırışlarından əlavə, işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətin dayandırılmasına çağırış etmələri də vacibdir".
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ








.png)
.jpg)





.jpg)















