Nida Xəbər
Mario Rafaelli: "Bu, olmadan Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil"
"Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəblərindən biri beynəlxalq ictimaiyyətin bu məsələdə kifayət qədər səy və inadklarlıq göstərməməsidir".
Publika.az "Report"a istinadən xəbər verir ki, bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Minsk Konfransının keçmiş sədri Mario Rafaelli Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusundakı beynəlxalq konfransda deyib.
M.Rafaelli qeyd edib ki, tərəflərin kompromisə hazır olmadığı müddətdə Dağlıq Qarabağ münaqişəsinin həlli və regionda sabitlik yaradılması mümkün deyil.
M.Rafaelli 1993-cü ildə Minsk Konfransının sədri olduğunu xatırladaraq o vaxtdan bəri 25 il keçdiyini, lakin münaqişənin həll olunmadığını bildirib: "Əsas prinsiplər artıq o vaxt var idi. Amma fikrimcə, iki əsas səbəbə görə məqsədə çata bilmirik: münaqişə tərəflərinin iradə nümayiş etdirməməsi və beynəlxalq ictimaiyyətin sadiqliyinin kifayət qədər olmaması. Məqsədə çatmaq və münaqişəni həll etmək üçün beynəlxalq ictimaiyyət həm də ardıcıl olmalı, daha çox səy göstərməlidir".
M.Rafaelli münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıb.
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ








.png)
.jpg)





.jpg)















