Nida Xəbər
"Heydər Əliyev dedi ki, bunu Həsən Həsənov məsləhət gördü?" - Eks-nazir maraqlı FAKTLARI AÇDI
“Ulu öndər Heydər Əliyevlə işləmək məsuliyyət idi. Deyərdim ki, öz işini bilən üçün, onunla işləmək asan idi”.
Bu sözləri Publika.az keçmiş rabitə naziri Siruz Abasbəyli ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən deyib.
Keçmiş nazir ulu öndərlə ilk görüşünü belə xatırlayır:
“Mən nazir təyin olunan günün səhəri Naxçıvan Ali Məclisin sədri Heydər Əliyevə «VÇ» telefonu ilə zəng edib, rabitə naziri təyin olunduğumu dedim və Naxçıvana nə köməklik göstərə biləcəyimi soruşdum. Heydər Əliyev Naxçıvanda dayanıqlı rabitə yaratmaq istəyirdi. Bir müddət sonra mən rəhbərlikdən icazə alıb, Naxçıvana getdim. Nazirlər Kabinetinin sədri Şəmsəddin Xanbabayev məni qarşıladı və biz birlikdə Heydər Əliyevin yanına getdik. Hava çox soyuq idi. Binada soba yanmırdı, işıq yox idi. Mən görüşdən əvvəl paltomu soyunmaq istədim. Lakin Şəmsəddin müəllim içərinin soyuq olduğunu və Heydər Əliyevin paltosuz içəri girməyə icazə vermədiyini dedi. Heydər Əliyev isə otaqda pencəkdə oturmuşdu. Mən soruşdum ki, “Heydər Əliyev, yəni Sizin otağı isitməyə Naxçıvanda heç nə tapılmır?”. O isə cavabında “mənim heç nəyim Naxçıvan əhalisindən artıq deyil”, - deyə cavab verdi”.
Keçmiş nazir hər zaman Heydər Əliyevlə görüşdən əvvəl bütün sənədləri hazır qovluqda saxladığını deyib:
“Mən Onun tapşırıqlarını xüsusi qovluqda saxlayırdım. Prezidentlə söhbət etməzdən əvvəl həmişə bu sənədləri araşdırırdım və sürprizlərə hazır olurdum”.
S.Abasbəyli bildirir ki, o vaxt Heydər Əliyevin öz məsləhətlərini, tövsiyələrini vermək üçün yanına çağırdığı ilk nazirlərdən biri də rabitə naziri idi.
“Hiss edirdim ki, ulu öndər mənim xətrimi istəyir. Bir dəfə İsveçə işgüzar səfərə gedəcəkdi və məni nümayəndə heyətinin rəhbəri təyin etdi. 20 nəfərlik bir siyahı tərtib etməyimi tapşırdı. Uzun müddət fikirləşdim, sonra xarici işlər naziri Həsən Həsənovla danışdım. O, mənə beş-on nəfərin adını dedi. Daha sonra bir neçə nəfər də mən əlavə etdim. Səfərə bir gün qalmışdı siyahını Heydər Əliyevə təqdim etdim, O, adların qarşısından işarə qoymağa başladı. “Bu adları yazmağı Həsən Həsənov sənə məsləhət gördü?" - deyə soruşdu. “Bəli" deyə cavab verdim.
Umumiyyətlə, bizim münasibətimizdə hər zaman səmimiyyət olub. Mən hər şeyi Ona açıq deyirdim. Çünki Heydər Əliyev də çox səmimi və sadə insan idi".
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO